Azərbaycan dilinə tərcümə edilmiş idarəetmə və biznes haqqında kitabları portalımızda onlayn oxumaq mümkündür. İdarəetmə ilə bağlı öyrənmək istədiyiniz və ya sizi maraqlandıran – effektiv planlaşdırma, vaxtın idarə edilməsi, şifahi və yazılı ünsiyyət bacarıqları, komandaya rəhbərlik və ya komanda daxilində fəaliyyət qaydaları, düzgün qərarların qəbul edilməsi, büdcəyə nəzarət və mənfəətliliyin artırılması, uğur qazanmağın yolları və s. – istənilən mövzuda aşağıdakı kateqoriyalar üzrə seçim etmək imkanınız var.
İnsan resursları – vəzifə yüksəlişi, işçi heyəti arasında münaqişələrin həll edilməsi, nizam-intizam, gərgin münasibətlərin həlli, işəgötürmə və ya işdən azadetmə qaydaları və s. barədə PDF formatında olan e-kitabları internetin mövcud olduğu istənilən yerdə rəqəmsal cihazınız – mobil telefon və ya smartfonda, planşet və ya kompüterdə oxuya bilərsiniz.
İnsanların idarə edilməsi – düzgün münasibətlərin qurulması, insanlarla aranızda yaranan çətin situasiyalardan çıxış yolları, korporativ idarəetmə, vasitəçilik, mentorluq, kouçinq haqqında öyrənmək istəyirsiniz? Elektron kitabxanamızda bu suallara cavab verəcək pulsuz vəsaitlər var.
Maliyyə – Büdcəyə necə nəzarət etmək olar? Gəliri necə artırmaq olar? Pul vəsaitlərinin hərəkətini necə idarə etmək olar? Virtual məkanda “online” oxuyun və məlumatlanın.
Müştəri xidmətləri – müştərilərlə münasibətlərin idarə edilməsi, müştəri şikayətləri, müştəri məmnuniyyəti, müştərilərin tələbləri, müştərilərin ehtiyac və istəkləri və s. bu kimi mövzularla bağlı məlumatları kitablarımızdan əldə edə bilərsiniz.
Özünüinkişaf – ən yaxşı özünüinkişaf, biznes haqqında təlim-tədris vəsaitlərini e-kitabxanamızdan tapa bilərsiniz.
Satış və marketinq – marketinq nədir, bazar araşdırması, bazar strategiyası düzgün marketinq kampaniyası, marketinq qarışığı, brendinq, mövqeləşmə, satışın təşkili və stumullaşdırlması, reklam və məlumatlandırma haqqında pulsuz elektron vəsaitlər “Pocketbook.az” portalında!
Təlim – əsl təlimçi necə olmalıdır, təlimin nəticələri necə qiymətləndirilməlidir, təkmilləşmə ehtiyacları necə müəyyən edilir, bilik və təcrübələr necə ötürülməlidir, təlim toplantıları və vebinarlar necə təşkil olunmalıdır və s. kimi sualların cavablarını e-kitablarımızdan öyrənə bilərsiniz.
Ümumi idarəetmə – biznesin planlaşdırılması, strategiya və strateji planlaşdırma, qərar qəbulu, liderlik, menecerlik, idarəetmə modelləri, səmərəliliyin artırılması, köklü dəyişiklik, stresə müqavimət və dayanıqlılıq və s. haqda azərbaycanca ən praktiki vəsaitləri (yaxud praktiki elektron vəsaitləri) portalımızdan əldə edin.
Ünsiyyət – effektiv ünsiyyət, ünsiyyətin dinamikası, məlumatların çatdırılması, məlumatverən və məlumatalan rolları, verbal və qeyri-verbal ünsiyyətin əhəmiyyəti, təsiretmə bacarığı, nitq və dinləmə qabiliyyəti, bədən dili və emosional zəka və s. barədə öyrənmək və özünü təkmilləşdirmək istəyənlər portalımızın müvafiq kateqoriyasından lazımi e-kitabları tapa bilərlər.
Yaradıcı yanaşma və mədəniyyət fərqləri – mədəniyyətlərarası fərqlərin öhdəsindən gəlmək bacarığı və bu bacarığa yiyələnmək istəyənlər, yaradıcı rəhbər və ya menecer olmağa çalışanlar, yeniliklərə meyilli olanlar və olmayanlar, yeniliklərə asanlıqla uyğunlaşma qabiliyyəti və s. ilə maraqlananlar e-kitabxanmızdan müvafiq e-vəsaitlərdən faydalana bilərlər.