Münaqişələrin həll edilməsi

Qiymətləndirin
5
Kitab haqqında
Şərhlər

Mövzu

“Münaqişələrin həll edilməsi” kitabı münaqişənin nə demək olduğunu, onun əlamətlərini necə müəyyən etməyi, insanların münaqişələrə necə reaksiya verdiklərini, münaqişələrin idarə edilməsi üçün lazımi strategiyaların işlənib hazırlanması üsullarını, o cümlədən çətinliklərin öhdəsindən gəlməyin və bullinq, qısnama hallarına qarşı mübarizə aparmağın yollarını izah edir. Münaqişələrin səbəbləri həm çox, həm də müxtəlifdir. Onların arasına təhrifə uğramış düşüncə tərzi (məs.: ifrat ümumiləşdirmə), oyunlar (hamımız bu oyunları oynamışıq!) və əlbəttə ki, qadın və kişilər arasındakı fərqlər də daxildir. Münaqişəyə şəxsiyyət tipi kontekstində baxarkən M. Eggert Mayers-Briqqsin fundamental nəzəriyyəsinə əsaslanır. O ki qaldı münaqişənin həllinə, kitabda sizin münaqişə dövrəsinin harasında mövqe tutduğunuzu, növbəti addımın nədən ibarət olacağı və sizin münaqişənin həllinə doğru necə irəliləyəcəyinizi müəyyən edən bir proses təsvir edilir. Münaqişəyə üçüncü tərəflərin müdaxiləsi (mediasiya və arbitraj), həmçinin komanda münaqişələri və şöbələrarası münaqişələr də kitabda ayrıca yer verilmiş mövzulardır.

Təfərrüatlar

Müəllif
Nəşr tarixi
2004
Səhifə sayı
113
Kateqoriya
Tərcüməçi
Günay Rəhimova
Redaktor
Könül Nəsibova, Günel Nəzərova
Dizayner
Tariyel Kərimov
Site by One Studio