Kitab haqqında
Şərhlər

Mövzu

Yan Fleminqin “Komanda işi” kitabı uzun müddətdir ki, uğurlu bir toplu olan “İdarəetmə kitabları” seriyasında mərkəzi yer tutan vəsaitlərdən biridir. Yan Fleminq bu seriyadan digər bir sıra kitabların da müəllifidir. “Komanda işi” kitabında qrup və komanda, o cümlədən komandaqurma və komanda işi arasındakı fərqlər təhlil edilir, həmçinin komandaların effektiv şəkildə çalışmasına mane olan problemlər, onların formaları araşdırılır və bu cür çətinliklərin aradan qaldırılması üçün bir sıra praktiki məsləhətlər irəli sürülür. Liderlik, münaqişələrin idarə edilməsi və qrup davranışının başa düşülməsi də qrafik təsvir və illüstrasiyalarla zəngin olan bu praktiki təlimat vəsaitinin işıqlandırdığı mövzular arasındadır. “Business Executive” jurnalı belə yazır: “İnsanların birgə çalışmasını təşviq etmək məqsədilə komandaların qurulması haqqında çox yazılsa da, sonrakı mərhələdə baş verənlər, yəni komandanın işi və ya performansı barədə çox az bilgi var. Yan Fleminq məhz bu disbalansı aradan qaldırmağa kömək edir”.

Təfərrüatlar

Müəllif
Nəşr tarixi
2017
Səhifə sayı
97
Kateqoriya
Tərcüməçi
Günay Rəhimova
Redaktor
Könül Nəsibova
Dizayner
Tariyel Kərimov
Site by One Studio