Mövzu
“Buzqırma çalışmaları” kitabının ardınca müəlliflər Alan İvans və Pol Tizzard yenidən entuziam və yaradıcı potensiallarını işə salaraq “Açılış və qapanış çalışmaları” kitabını – təlim seminarlarını effektiv və yaddaqalan şəkildə açmağa və bağlamağa imkan verən tematik çalışmalar toplusunu hazırladılar. “Bu kitab kursların açılış və qapanışı üçün qısa çalışmalar və məzmunlu hekayələr toplusundan ibarətdir”, – Tizzard deyir. “Biz bu vəsaitə buzları sürətlə qıran qısa çalışmaları və daha uzun, daha çətin məşğələləri, o cümlədən lazımi ab-havanı yaratmaq üçün qısa lətifələri daxil etmişik”. “Açılış və qapanış çalışmaları” kitabının başlıca məqsədi minimal hazırlıq tələb edən sadə və asan çalışmaları – müəlliflərin sözləri ilə desək – təlimçilərə tədris prosesini təkmilləşdirmək üçün yeni və yaradıcı üsulları göstərən “götür və get” çalışmalarını oxuculara təqdim etməkdir.
Təfərrüatlar
Müəllif
Nəşr tarixi
2005
Səhifə sayı
128
Kateqoriya
Tərcüməçi
Günay Rəhimova
Redaktor
Könül Nəsibova, Svetlana Quliyeva
Dizayner
Tariyel Kərimov