Kitab haqqında
Şərhlər

Mövzu

“İş müsahibələri” kitabının bu nəşrində əhəmiyyətli dərəcədə dəyişikliklər edilmiş və əsas hədəf, sadəcə, işə qəbul zamanı keçirilən müsahibələrə yönəlmişdir. Kitabın ilk fəsillərində iş müsahibəsinin keçirilməsi üçün zəruri olan sualvermə metodları, dinləmə qabiliyyəti, bədən dilinin başa düşülməsi kimi bir sıra bacarıqlardan bəhs edilir. Sualların növləri izah olunur, hansı hallarda hansı növ suallardan istifadə edilməsinin qaydaları açıqlanır, o cümlədən müəyyən suallardan istifadə etməmək məsləhət görülür. Praktiki nümunələr vasitəsilə isə müsahibə metodlarının tətbiqi əyani şəkildə göstərilir. Sonrakı fəsillərdə isə müsahibəyə hazırlaşmağın və müsahibəni keçirməyin qaydası müzakirə edilir, o cümlədən vakansiya üzrə tələblərin və vəzifə funksiyalarının təsvir edilməsi, əsaslandırma tələb edən sualların tərtib edilməsi və namizədlərin qiymətləndirilməsi və s. aydın və nümunələr əsasında izah edilir.

Təfərrüatlar

Müəllif
Nəşr tarixi
2014
Səhifə sayı
111
Kateqoriya
Tərcüməçi
Günay Rəhimova
Redaktor
Könül Nəsibova, Günel Nəzərova
Dizayner
Tariyel Kərimov

Ən çox oxunan kitablar

Site by One Studio