Kitab haqqında
Şərhlər

Mövzu

Özünəinam haqqında indiyədək yazılmış bəzi kitablar bu mövzu ilə bağlı "çevik nəticə" yanaşmasını təklif edir, yəni bu kitabların verdiyi mesajı bircə cümlə ilə ümumiləşdirmək olar: nə olursa-olsun, hər zaman özünüzə inanın. Lakin Piter İnqlişin bu kitabı onlardan fərqlənir və oxuculara "əsaslandırılmış özünəinam" qazanmağı təklif edir. Başqa sözlə desək: "Əvvəlcə bir şeydə uğur qazan ki, özünə inana biləsən". Kitabda özünəinamı artırmaq, həyatın sınaqlarından uğurla çıxmaq, arzu və məqsədlərinizə nail olmağa kömək edəcək faydalı məsləhətlər verilmiş və bir sıra üsullar təsvir edilmişdir. Özünəinam vacib bir keyfiyyətdir: bu xüsusiyyət sizdə yoxdursa, həyatda nail olmaq istədiklərinizin ardınca gedə bilməyəcəksiniz. Kitabın əsas hədəfi oxucusuna əsl – “əsaslı və sağlam” özünəinam qazandırmaqdan ibarətdir. “Pilləli məruzqalma” yolu ilə çətin tapşırıqların öhdəsindən gəlməyi, zehniyyətinizi idarə etməyi və altşəxsiyyətlərinizi üzə çıxarmağı bu kitabdan öyrənəcəksiniz. Kitabın müəllifi Piter İnqliş 20 ildir ki, özünün təsis etdiyi təlim şirkətinə rəhbərlik edir və bu illər ərzində müşahidə etmişdir ki, şirkətin təşkil etdiyi təlim kurslarında iştirak edənlərin əksəriyyəti özünəinam əskikliyindən əziyyət çəkir. Müəllifin kitabda irəli sürdüyü məsləhət və üsulların çoxu da məhz belə iştirakçılarla çalışarkən qazandığı təcrübəyə əsaslanır. Piter İnqlişin bu kitabında özünəinamı formalaşdıran bir sıra strategiyalar və onları qruplaşdıran tədbirlər planı ilə tanış olacaq, o cümlədən xüsusi məqamlarda – çətin söhbətlərin idarə edilməsi və ya vacib təqdimatların keçirilməsi zamanı özünəinamı necə artıracağınızla bağlı bəzi ipuclarını da öyrənəcəksiniz.

Təfərrüatlar

Müəllif
Nəşr tarixi
2014
Səhifə sayı
130
Kateqoriya
Tərcüməçi
Günay Rəhimova
Redaktor
Könül Nəsibova
Dizayner
Tariyel Kərimov

Oxşar kitablar

Ən çox oxunan kitablar

Site by One Studio