Kitab haqqında
Şərhlər (0)

Mövzu

“Mentorluq” kitabı qeyri-formal şəkildə və ya mütəşəkkil proqram vasitəsilə mentorluq edən və ya alan hər kəs üçün hərtərəfli, praqmatik və öyrədici bir kitabdır. Proqramın necə hazırlamalı və idarə etməli, mentor olmaq üçün necə hazırlaşmalı, mentorluq məşğələlərini necə keçirməli, proqramın müxtəlif mərhələlərində münasibətləri necə idarə etməli və başa çatmış mentorluq proqramının effektivliyini necə qiymətləndirməli və s. kimi suallara kitabda cavab tapmaq mümkündür. Təkcə adi işçi və rəhbər heyəti üçün deyil, həm də daxili mentorluq prosesinin qurulması və inkişaf etdirilməsi sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi baxımından İR, peşəkar hazırlıq və təşkilati inkişaf üzrə mütəxəssislər də bu vəsaitdən faydalana bilərlər. Mentorluq insanların öz təcrübələrində görə biləcəkləri, bəlkə də, ən güclü inkişaf və ya təkmilləşmə prosesidir. Proses uğurlu alınanda bir tərəfə çəkilən xərcin hesabına iki tərəf də inkişaf edir. Odur ki, bu kitab mentorluq etməyə və ya almağa yeni başlayanlar üçün çox vacib bir praktiki vəsaitdir.

Təfərrüatlar

Müəllif
Nəşr tarixi
2019
Səhifə sayı
130
Kateqoriya
Tərcüməçi
Günay Rəhimova
Redaktor
Könül Nəsibova, Günel Nəzərova
Dizayner
Tariyel Kərimov

Şərh yazın

Yalnız tam qeydiyyatdan keçmiş şəxslər şərh yaza bilərlər

Oxşar kitablar

Site by One Studio