Performansın idarə edilməsi

Qiymətləndirin
4
Kitab haqqında
Şərhlər

Mövzu

“Performansın idarə edilməsi” kitabı müəssisənin öz işçi heyətindən ən yüksək nəticələri necə əldə etməsi və onlara öz potensiallarını gerçəkləşdirməkdə necə kömək etməsindən bəhs edən praktiki bir vəsaitdir. Bu baxımdan, işçilərin bu və ya digər layihə, yaxud tapşırığın icrasında iştirakçılığının təmin edilməsi mühüm əhəmiyyət kəsb edir, belə ki, iştirakçılıq insanlarda müəssisəyə, onun fəaliyyətinə və məqsədlərinə emosional bağlılıq yaradır. “Performansın idarə edilməsi” kitabının bu nəşrində oxucular aşağıdakı sahələr üzrə performansın artırılması ilə bağlı bir çox praktiki məsləhət və metodlarla tanış olacaqlar. İşçi heyətinin yüksək nəticələr əldə edəcəyi yönə istiqamətləndirilməsi, onların özünəməxsus iş tərzinin başa düşülməsi və qiymətləndirilməsi, iştirakçılığın təmin edilməsi və motivləşdirmə, yüksək performans göstərəcək komandaların qurulması, aydın və konkret məqsədlərin müəyyən edilməsi, performansla bağlı yaranan çətinliklərin idarə edilməsi, effektiv kouçinqin təşkili, səlahiyyətlərin düzgün şəkildə həvalə edilməsi və s. Kitab illüstrasiyalı praktiki nümunələrlə zəngindir, hər bir fəslin sonunda ümumiləşdirici xülasə ilə yanaşı, konkret mövzu ilə bağlı atılacaq addımların siyahısı verilmişdir. Müəllif Pem Cons Eşric Biznes Məktəbinin nəzdində proqramların (layihələrin) idarə edilməsi üzrə komandanın üzvüdür. O, performansın idarə edilməsi, təsiretmə, liderlik və ümumi idarəetmə bacarıqlarını əhatə edən bir çox proqramlar üzrə cavabdehlik daşıyır.

Təfərrüatlar

Müəllif
Nəşr tarixi
2013
Səhifə sayı
112
Kateqoriya
Tərcüməçi
Günay Rəhimova
Redaktor
Könül Nəsibova
Dizayner
Tariyel Kərimov
Site by One Studio