İstifadəçi razılaşması

Bu İstifadəçi Razılaşmasında (bundan sonra “Razılaşma”) www.pocketbook.az onlayn platformasından istifadə şərtlərini öyrənə və xidmətin hüquqi əsaslarını başa düşə bilərsiniz. Mətni sonadək oxumağınızı tövsiyə edirik. Ətraflı məlumat üçün info@pocketbook.az ünvanı vasitəsilə bizimlə birbaşa əlaqə yarada bilərsiniz.

1. RAZILAŞAN TƏRƏFLƏR

  • www.pocketbook.az saytı (bundan sonra “Sayt” və ya “Pocketbook”)
  • adı çəkilən saytdakı materialları istifadə edən fiziki və hüquqi şəxslər (bundan sonra “İstifadəçi”)

 

2. “POCKETBOOK” XİDMƏT ŞƏRTLƏRİ

Hazırki Razılaşma İstifadəçinin aşağıda göstərilmiş şərtlər və müddəalarla Saytla əlaqəsini müəyyən etmək və təklif olunan xidmətlərdən istifadə etmək üçün Sayt idarəçiləri tərəfindən tərtib edilmişdir. İstifadəçi məxfilik siyasəti də daxil olmaqla, aşağıda göstərilmiş şərtlər və müddəalarla tanış olub, onları qəbul etmək şərti ilə Saytdan istifadə edə bilər. Xidmətlərdən istifadə etməzdən əvvəl İstifadəçi bu şərtləri və müddəaları diqqətlə oxumalıdır. Xidmətlərdən istifadə etmək o deməkdir ki, İstifadəçi bu şərtləri, o cümlədən ona aid fərdi məlumatların bu Razılaşmada göstərilən məqsədlər üçün toplanmasını və istifadə edilməsini qəbul edir. İstifadəçi bu şərtləri (bundan sonra “Xidmət Şərtləri”) qəbul etmirsə, Saytın xidmətlərindən istifadə etməməlidir.

3. XİDMƏT ŞƏRTLƏRİ

Bu Xidmət Şərtləri aşağıda verilmiş  “XİDMƏTLƏRİN TƏSVİRİ” bölməsindəki xidmətlərin istifadəsi üçün İstifadəçi ilə Sayt arasında olan hüquqi razılaşmanın məzmununu təşkil edir. Hazırkı Razılaşmanın məqsədləri üçün İstifadəçi dedikdə Sayta daxil olmuş və yaxud Saytı, onun hər hansı xidmətini və ya Saytda yerləşdirilmiş məlumatı istifadə edən və hazırkı Razılaşmanı aksept (qəbul) etməsinə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən heç bir məhdudiyyət olmayan fiziki və yaxud hüquqi şəxs nəzərdə tutulur. Saytın domenləri (“Veb-səhifə”), məlumatları, qrafikaları, sənədləri, mətnləri, məhsulları, xidmətləri və digər elementləri də daxil olmaqla, www.pocketbook.az onlayn platformasına məxsusdur. İstifadəçi xidmətlərdən istifadə edərək aşağıdakı göstərilən bütün şərt və müddəaları və ya elektron kitablarda göstərilən müəlliflik hüquqları üzrə şərtlərə tabe olduğunu və fərdi məlumatlarının Saytın xidmətlərinin göstərilməsi üçün tələb oluna biləcəyi təqdirdə məxfilik siyasətinə uyğun olaraq istifadə ediləcəyini qəbul edir və təsdiqləyir. İstifadəçi bu şərtləri (bundan sonra “Xidmət Şərtləri”) qəbul etmirsə, Saytın xidmətlərindən istifadə etməməlidir.

Məxfilik siyasəti də daxil olmaqla, bu Xidmət Şərtləri “Pocketbook” tərəfindən hər zaman dəyişdirilə bilər. Dəyişdirilmiş Xidmət Şərtləri dəyişiklik bildirişinə əsasən qüvvəyə minir. “Pocketbook” Saytın məzmunu və ya onun formatı ilə bağlı istənilən vaxt xəbərdarlıq etmədən dəyişiklik və ya yeniləmə hüququnu özündə saxlayır. “Pocketbook” Saytın və ya onun bir hissəsinin fəaliyyətinə hər hansı səbəbdən xitam vermək və ya bu fəaliyyəti məhdudlaşdırmaq hüququnu özündə saxlayır.

4. XİDMƏTLƏRİN TƏSVİRİ

“Pocketbook” elektron kitabları oxumağa imkan verən onlayn platformadır. Saytdakı bütün kitablar müəlliflik hüquqları haqqında qanunvericiliyə əsasən qorunur və kitabın surətinin çıxarılması, nüsxələrinin artırılması və yayılması, axtarış sistemində saxlanılması, paylaşdırılması (elektron poçt, faks və ya digər elektron vasitələr də daxil olmaqla), nəşri, məzmununun dəyişdirilməsi və ya ötürülməsi QƏTİ QADAĞANDIR.

İstifadəçilər şərh yazdıqları və ya Sayta elektronik məktub göndərdikləri zaman fərdi məlumatları Sayta daxil etmiş olacaqlar.

Xidmət Şərtləri İstifadəçi tərəfindən hər hansı yolla pozularsa, “Pocketbook” xəbərdarlıq etmədən onun şərhlərini silmək hüququna malikdir.

5. TƏRƏFLƏRİN MƏSULİYYƏT VƏ ÖHDƏLİKLƏRİ

“Pocketbook” təqdim olunan xidmətlərin, elektron məktubların, linklərin və ya başqa məlumatların viruslardan və ya başqa bir zərərli elementdən azad olduğuna zəmanət vermir. Xidmətlərdən istifadə və saytdan yükləmələr nəticəsində İstifadəçinin kompüterinə zərər dəyməsi, məlumatların itməsi və ya hər hansı başqa problemə, həmçinin üçüncü tərəfə dəymiş hər hansı zərər və itkiyə görə “Pocketbook” heç bir məsuliyyət daşımır. 

İstifadəçi zəmanət verir ki, Saytdan və ya xidmətlərdən istifadə edərkən aşağıdakılara yol verməyəcək:

  • Xidmətlərin və/və ya onların elementləri əsasında Saytın idarəçilərinin icazəsi olmadan hər hansı törəmə məhsul, törəmə əsər yaratmaq və ya dəyişiklik etmək; 
  • Saytda yerləşdirilmiş məlumatları və/və ya əqli mülkiyyəti Saytın idarəçilərinin icazəsi olmadan surətini çıxarmaq, yayımlamaq, başqasına göndərmək və ya fərqli şəkildə istifadə etmək; 
  • Sayta ziyan vurmaq, Sayta icazəsiz giriş əldə etməyə cəhd göstərmək; 
  • Serverin sındırılmasına və ya ələ keçirilməsinə, yaxud serverdən gələn məlumatların ələ keçirilməsinə cəhd göstərmək; 
  • Saytın idarəçilərinin razılığı olmadan Saytda reklam xarakterli məlumat yerləşdirmək;
  • Saytın xidmətlərini üçüncü tərəfə satmaq və ya belə xidmətlərdən istifadə etməklə üçüncü tərəfdən kommersiya faydası əldə etmək;
  • Sayt, Saytın idarəçiləri, onların ortaqları və işçiləri, digər İstifadəçilər və ya xidmətlər barədə həqiqətə (şayiə və böhtan xarakterli) uyğun olmayan məlumat yaymaq.

 

6. TƏRƏFLƏRİN HÜQUQLARI

İstifadəçi “Pocketbook” tərəfindən təqdim olunan kitablara şərh və ya rəy verə bilər. Şərhlərin yazılması tamamilə könüllülük prinsipinə əsaslandığına və belə şərhlər ayrı bir razılaşma ilə tənzimlənmədiyinə görə İstifadəçi onların “Pocketbook” üçün hər hansı bir məxfilik öhdəliyi yaratmayacağını qəbul edir. Bununla yanaşı, “Pocketbook” İstifadəçinin razılığı olmadan heç bir rəyin mənbəyini açıqlamayacaq. “Pocketbook” İstifadəçi üçün hər hansı bir öhdəlik yaratmadan şərhləri istədiyi kimi istifadə etmək hüququna sahibdir. Yuxarıda göstərilənlər Saytda yerləşdirilmiş məxfilik siyasətinə əsasən qorunan məlumatlarla bağlı tərəflərin hər hansı birinin öhdəliklərinə təsir etməyəcəkdir.

7. MƏXFİLİK SİYASƏTİ

İstifadəçinin nəzərinə çatdırılır ki, onların fərdi məlumatlarının məxfiliyinin qorunması Sayt üçün ən mühüm amillərdən biridir. Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında”  Qanununun 5.2-ci maddəsin əsasən, ad, soyad, elektron poçt ünvanı və ya bu kimi  fərdi məlumatları üçüncü bir tərəfə ötürülmür. Sayt İstifadəçinin fərdi məlumatlarını yalnız öz xidmətləri üçün istifadə edəcək. İstifadəçinin Sayta daxil etdiyi məlumatların toplanması və istifadəsində müasir informasiya texnologiyalarının əhəmiyyətini əks etdirmək üçün  “Məxfilik siyasəti” adlı bu bölmə hazırlanmışdır.

Bu məxfilik siyasəti  www.pocketbook.az  saytında toplanan məlumatlara aiddir. Sayt İstifadəçinin fərdi məlumatlarının məxfiliyinə daim diqqətlə yanaşır və İstifadəçiyə aid fərdi məlumatların mühafizəsini təmin edir. İstifadəçi Saytdan istifadə edərək və ya əlaqə məlumatlarını daxil edərək bu məxfilik siyasəti və onun şərtləri ilə razılaşdığını təsdiqləmiş və “Fərdi məlumatlar haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən fərdi məlumatların toplanması və istifadə edilməsinə dair yazılı razılıq vermiş hesab edilir. Bu razılıq İstifadəçinin öz şərhlərini saytda müəyyən olunmuş qaydalara uyğun olaraq sildiyi müddətədək qüvvədədir. İstifadəçi hər hansı şərt və ya qayda ilə razı deyilsə, saytdan istifadə etməməsi və ya “Fərdi məlumatlar haqqında” Qanunun 7.2-ci maddəsinə əsasən, barəsində məlumatların toplanılmaması və istifadə edilməməsinə dair yazılı etiraz təqdim etməsi tövsiyə olunur.

Bu məxfilik siyasəti vaxtaşırı yenilənə və dəyişdirilə bilər. Məxfilik siyasətinə edilən hər hansı dəyişiklik barədə məlumat Saytda yerləşdiriləcək. Hansı məlumatların toplanıldığı, necə istifadə edildiyi və ya hansı şərtlər daxilində aşkarlandığı barədə məlumatlı olmaq üçün bu səhifəni mütəmadi yoxlamaq vəzifəsi İstifadəçiyə aiddir. İstənilən halda, dəyişiklik edilmiş məxfilik siyasəti dəyişikliklər barədə İstifadəçinin məlumat əldə edib-etməməsindən asılı olmayaraq, İstifadəçiyə münasibətdə tətbiq ediləcək.

8. MÜBAHİSƏLƏRİN HƏLLİ

Hazırki Razılaşma Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. Bu Razılaşmadan irəli gələn və ya onunla əlaqəli olan bütün mübahisələr və fikir ayrılıqları və ya iddialar, o cümlədən icrası, pozulması, ləğvi və ya etibarsızlığı ilə əlaqəli iddialar Azərbaycan Respublikasının məhkəmələrində həll edilməlidir.

Məhkəmə tərəfindən bu Razılaşmanın hər hansı bir müddəasının etibarsız və ya icraedilməz kimi tanınması Razılaşmanın digər müddəalarının etibarsız və ya icrasızlığına səbəb olmayacaq.

Saytın idarəçiləri İstifadəçiyə əvvəlcədən və/və ya sonradan bildiriş göndərmədən bu Razılaşmanın şərtlərini birtərəfli qaydada və məhkəmədənkənar şəkildə dəyişdirmək, bu Razılaşmanın müəyyən şərtlərini tam və ya qismən yerinə yetirməkdən imtina etmək, habelə bütün xidmətlərin və Saytın fəaliyyətinin təmin edilməsini müvəqqəti dayandırmaq və digər xidmətlərdən istifadəsini məhdudlaşdırmaq hüququna malikdir. 

İstifadəçi bu Razılaşmanın şərtlərini ciddi şəkildə pozduğu təqdirdə, Saytın idarəçiləri bütün zərərlərin (həqiqi ziyan və itirilmiş mənfəət) tam şəkildə ödənilməsini tələb edə bilər.

Saytın idarəçiləri bu Razılaşma üzrə hüquq və vəzifələri, o cümlədən xidmətlərin tam və ya qismən göstərilməsini üçüncü tərəfə həvalə etmək hüququna malikdir.

 Bu Razılaşma Saytda dərc edildiyi andan etibarən qüvvəyə minir.

Site by One Studio