Problemli davranış

Qiymətləndirin
5
Kitab haqqında
Şərhlər

Mövzu

Bəyənsəniz də, bəyənməsəniz də, “Problemli davranış” kitabını oxuyacaqsınız! Çünki kitab dövrümüzün iş dünyasında tez-tez rastlaşdığımız “fərqli şəxsiyyət tipləri ilə ünsiyyət” problemlərini əhatə edir. İş yerlərində qarşılaşdığımız müxtəlif pis davranış formalarından biri bullinqdir. Bullinq tətbiq edənlərlə bullinqə məruz qalanlar arasında gizli bir çəkişmə gedir. Bundan əlavə, cəfakeş rolunu oynayanlar (“Görünür, bu işi mən görməli olacağam”), hər şeyə yalnız öz mövqeyindən yanaşanlar və eqosentrik davranış nümayiş etdirənlər (müəllif kitabda onları “narsistlər” adlandırır), heç bir iş görmək istəməyən sabotajçılar (belələrini passiv-aqressiv şəxsiyyət tipinə aid edirlər), usanmadan hər şeydə nöqsan axtaranlar, susqunlar, deyingənlər, boşboğazlar, ah-vayçılar, şikayətçilər və bir çox başqaları da var. Müəllif onların hamısını sıralayır, mümkün ola bilən səbəb və nəticələri müəyyən edir, bu davranışların yaratdığı problemləri üzə çıxarmağın və həll etməyin yollarını izah edir. Rəyçilərdən biri kitab haqqında belə yazmışdı: “20 dəqiqəyə insanın gözlərini açır”.

Təfərrüatlar

Müəllif
Nəşr tarixi
1999
Səhifə sayı
111
Kateqoriya
Tərcüməçi
Günay Rəhimova
Redaktor
Könül Nəsibova, Günel Nəzərova
Dizayner
Tariyel Kərimov

Ən çox oxunan kitablar

Site by One Studio