İnnovasiyanın təşviqi

Qiymətləndirin
5
Kitab haqqında
Şərhlər

Mövzu

İnnovasiya həm özəl, həm də dövlət müəssisələrinin inkişaf mənbəyidir. İnnovasiyanın təşviqi onların rəqabət qabiliyyətini gücləndirir. Bu istiqamətdə uğur qazanmış müəssisələr etiraf edirlər ki, onların bütün işçiləri xaraktercə yaradıcı insanlardır və düzgün idarəetmə nəticəsində bu yaradıcı potensialı üzə çıxarmaq və bütün maraqlı tərəflərin xeyrinə istifadə etmək mümkündür. “İnnovasiyanın təşviqi” kitabı rəhbərlərin innovasiyanın çiçəkləndiyi mühiti necə yarada biləcəyini izah edir. Kitabda innovasiyanın qarşısındakı bir sıra (həm təşkilati, həm də insanların özlərinin yaratdıqları) maneələr müəyyən edilir və məqsədyönlü müdaxilələr vasitəsilə bu maneələri aradan qaldırmağın yolları göstərilir. İstənilən yenilik müəyyən dərəcədə risk ehtiva edir. Prosesi uğurla idarə etmək üçün rəhbər tələb olunan innovasiya səviyyəsini düzgün müəyyən etməyi və bununla bağlı yaranacaq riski qiymətləndirməyi bacarmalı, həmçinin öz komandasına dəstək olmalıdır. “İnnovasiyanı boğmaq yox, təşviq etmək lazımdır!” – müəllif Duqlas Millerin ötürdüyü mesaj məhz budur.

Təfərrüatlar

Müəllif
Nəşr tarixi
2009
Səhifə sayı
112
Kateqoriya
Tərcüməçi
Günay Rəhimova
Redaktor
Könül Nəsibova, Svetlana Quliyeva
Dizayner
Tariyel Kərimov

Ən çox oxunan kitablar

Site by One Studio