Mövzu
Yan Fleminqin “İnsan resurslarının inkişaf etdirilməsi” kitabı təlimçilərə və rəhbərlərə işçi heyətini təkmilləşdirməyin – təlim proqramlarını təşkil etməyin və keçirməyin optimal yollarını öyrətməklə yanaşı, bu proqramların nəticələrini düzgün qiymətləndirməyin üsullarını da izah edir. Kitabda təlim ehtiyaclarının müəyyən edilməsi, fərqli təlim metodlarının müsbət və mənfi cəhətləri, öyrənmə tərzləri, o cümlədən öyrənməyə mane olan amillər, müəssisədənkənar təlimçilərin tapılması və təlimatlandırılması, öyrənilənlərin qiymətləndirilməsi və tətbiq edilməsi və s. kimi məsələlər ətraflı işıqlandırılır. Təlimlərlə bağlı tanınmış jurnallardan biri (“Training Education Employment Journal”) kitab haqqında belə yazır: “Təlim ehtiyaclarının müəyyən edilməsi, təlimlərin təşkili, keçirilməsi və nəticələrinin qiymətləndirilməsindən bəhs edən dəyərli bir vəsaitdir. Bu kitabı oxuyaraq insan resurslarının inkişaf etdirilməsi ilə bağlı çətinliklə tapılan vəsaitlərin axtarışına vaxt və əmək sərf etməyəcək, kadrlarınızın peşəkar hazırlığını lazımi şəkildə həyata keçirə biləcəksiniz”.
Təfərrüatlar
Müəllif
Nəşr tarixi
2014
Səhifə sayı
112
Kateqoriya
Tərcüməçi
Emil Gəncəliyev
Redaktor
Könül Nəsibova
Dizayner
Tariyel Kərimov