İşçi heyətinin idarə edilməsi

Qiymətləndirin
5
Kitab haqqında
Şərhlər

Mövzu

Təcrübəli olmasından və ya vəzifəyə yeni təyin edilməsindən asılı olmayaraq, rəhbərlərin (menecerlərin) və komanda liderlərinin tez-tez üzləşdiyi klassik problemlər Yan Fleminqin “İşçi heyətinin idarə edilməsi” kitabının yeni, üçüncü nəşrində ətraflı şəkildə müzakirə edilir. Müəllif rəhbərlərin qarşılaşa biləcəyi hər bir problem və ya situasiyanın qısa icmalını verir, bu problem və ya situasiyanın arxasında dayanan mümkün səbəbləri müəyyənləşdirir və bir necə praktiki həll yolu irəli sürür. Bu icmallar beş böyük başlıq altında qruplaşdırılaraq hər biri ayrıca fəsildə izah edilir. Ən uzun fəsil motivasiya, komanda üzvləri ilə danışıqların aparılması, ünsiyyət formaları, çətin işçilərin idarə edilməsi, dəyişikliyə müqavimət və münaqişələrin həll edilməsi kimi məsələlərin müzakirəsinə həsr edilib. Kitabın sonunda müəllif həmçinin komandaların qurulması, komanda üzvlərinin bacarıqlarının təkmilləşdirilməsi, zəif performansın aradan qaldırılması və və digər tərsliklərin idarə edilməsi kimi mövzulara da toxunur. Hər bir fəsil “Vəziyyət”, Mümkün səbəblər” və “Praktiki həll yolları” ardıcıllığına uyğun şəkildə tərtib edilib.

Təfərrüatlar

Müəllif
Nəşr tarixi
2016
Səhifə sayı
112
Kateqoriya
Tərcüməçi
Günay Rəhimova
Redaktor
Könül Nəsibova, Günel Nəzərova
Dizayner
Tariyel Kərimov
Site by One Studio