Mövzu
Uğurlu satışın bütün metodları bu kitabda öz əksini tapmışdır: satış kampaniyasının planlaşdırılmasından və potensial müştərilərin axtarılmasından başlamış kommersiya təkliflərinin edilməsinə və müştərilərlə münasibətlərin formalaşdırılmasına qədər satışın bütün sirləri ilə tanış ola biləcəksiniz. Klayv Bonninin “Satış nümayəndəsi” kitabı satış nəticələrinin artırılması üzrə aydın və yığcam bir təlimat vəsaitidir. Kitabda təsvir edilən 8 mərhələdən ibarət (birbaşa satış dövrəsi) modelin hər bir mərhələsi ayrıca bir fəsildə izah edilmişdir. Müəllif həm öz ölkəsində, həm də xarici ölkələrdə, dövlət və özəl sektor daxil olmaqla, bir çox sahələrdə birbaşa satışın həyata keçirilməsi və satışla bağlı təlim proqramlarının təşkili üzrə geniş təcrübəyə malikdir. O, hər iki istiqamət üzrə təcrübələrini bu əyani vəsaitdə çox uğurlu şəkildə əlaqələndirməyi yaxşı bacarmışdır.
Təfərrüatlar
Müəllif
Nəşr tarixi
2002
Səhifə sayı
128
Kateqoriya
Tərcüməçi
Günay Rəhimova
Redaktor
Könül Nəsibova, Günel Nəzərova
Dizayner
Tariyel Kərimov