Vaxtın idarə edilməsi

Qiymətləndirin
4
Kitab haqqında
Şərhlər

Mövzu

Biz vaxtı idarə edə bilmərik. Əlimizdən yalnız o gələr ki, malik olduğumuz vaxtdan mümkün qədər səmərəli istifadə etməyi öyrənək”. Bu sözlər “Vaxtın idarə edilməsi” kitabının müəllifi dr. Mayk Kleytona aiddir. Mövzuya uyğun illüstrasiyalarla zəngin olan kitab vaxtı düzgün planlaşdırmaq, dəyişikliklərə uyğunlaşmaqla yanaşı, bu zaman vaxta nəzarəti də əldən buraxmamağın və hər iki üstünlüyü tarazlaşdırmağın yollarını izah etməklə başlayır. Növbəti fəsillərdə daha məhsuldar işləməyin yolları araşdırılır və üzləşdiyiniz ən böyük problemlərdən birinin: “hədsiz iş çoxluğu”nun öhdəsindən gəlmək üçün bir neçə strategiya təqdim edilir. Vaxtın idarə edilməsi üzrə 8 ən geniş yayılmış sistemin icmalı ilə tanış olaraq isə özünüzə uyğun olan birini seçə və tətbiq edə bilərsiniz. Hərçənd müəllif etiraf edir ki: “Mən heç bir sistemin tərəfdarı deyiləm. Əvəzində, ümumi prinsipləri, müxtəlif vəziyyətlərdə tətbiq edilə bilən və düzgün təchiz edilmiş alətlər dəstini üstün tuturam. Mənə görə, sistem güzəştsiz tətbiq edilən prinsipdir və hansısa məqamda işə yaramayacaq. Ona görə də bu kitabda yalnız bir sistemdən bəhs etməklə kifayətlənməmiş, sınaya biləcəyiniz çoxlu ideyalar irəli sürmüşəm”. Kitabın sonunda müəllif bildirir ki, hər bir müəssisə vaxtı strateji vəsait olaraq qəbul etməlidir: vaxtı hədər etməmək və mümkün olan ən yaxşı nəticəni əldə edə bilmək üçün vaxtdan getdikcə daha səmərəli istifadə yollarını axtarıb tapmaq lazımdır.

Təfərrüatlar

Müəllif
Nəşr tarixi
04.06.2021
Səhifə sayı
113
Kateqoriya
Tərcüməçi
Günay Rəhimova
Redaktor
Könül Nəsibova
Dizayner
Tariyel Kərimov

Oxşar kitablar

Ən çox oxunan kitablar

Site by One Studio