Müştərilərlə münasibətləri necə idarə etməli? “Xidmət brendi” nədir və necə yaradılmalıdır? Özəl və dövlət sektorunda müştərilərə effektiv xidmət necə təşkil edilməlidir?
“Öncə müştəri” prinsipi; müştərilərlə effektiv əlaqələrin qurulması; yeni müştərilərin cəlb edilməsi; qazanlılmış müştərilərin əldə saxlanılması; müştəri sadiqliyinin təmin edilməsi; müştəri şikayətləri; müştəri şikayətlərinin idarə edilməsi üzrə strategiya; müştərini dinləmə bacarığı; müştəri məmnuniyyəti; müştəriyə xidmətin və müştəri məmnuniyyətinin qiymətləndirilməsi və s. bu kimi mövzularla bağlı suallara məhz “Müştəri xidmətləri” kateqoriyasında onlayn oxuyaraq cavab tapa bilərsiniz.
Bunlardan başqa, müştərilərin tələbləri; müştərilərin ehtiyac və istəkləri; müştərilərə xidmət komandasının qurulması, təlimi və motivasiyası (həvəsləndirilməsi); “gizli müştəri” proqramları; daxili və xarici müştərilər; yüksək xidmət standartlarının təmin edilməsi və s. haqqında məlumatları bu kateqoriyadakı pulsuz e-kitab və biznes haqqında e-vəsaitlərdən Azərbaycan dilində əldə etmək mümkündür.