Strategiya nədir? Strateji planlaşdırmanın rolu nədən ibarətdir? Liderlə menecerin fərqi nədir? Özəl və dövlət sektorunda hansı idarəetmə modelləri var? Biznes fəaliyyətinin planlaşdırılması nə deməkdir? Fəaliyyət planının tərtibi və planlaşdırma tərzləri (qeyri-formal planlaşdırma, büdcənin sıfırdan tərtib edilməsi, balanslaşdırılmış göstərici vərəqəsi, iqtisadi dəyər təhlili və s.); maliyyə modelləşdirməsi; “PERT” təhlili; səriştələrin və səriştəliliyin qiymətləndirilməsi; fərdi və korporativ performansın yüksəldiməsi; yüksək keyfiyyət standartları və məhsuldarlıqla bağlı azərbaycanca oxuya biləcəyiniz ən praktiki e-kitablar “Ümumi idarəetmə” kateqoriyasına əlavə edilmişdir.
Həmçinin strategiya və strateji planlaşdırma; strateji alətlər – “SWOT” təhlili, “PEST” (“PESTLE”) təhlili, ssenari təhlili, əsas səriştə təhlili, HUA təhlili; rəqiblərin və rəqabət mühitinin öyrənilməsi; vizyon nədir; missiya nədir; düzgün qərar seçimi; fərdi və komanda şəklində qərar qəbulu; risklərin təhlili və qiymətləndirilməsi; həvaləetmə – tapşırıq və ya səlahiyyətlərin həvalə edilməsi, həvaləetmə tərzləri ilə bağlı çox şeydən xəbərdar olacaq, peşəkarların məsləhətlərini öyrənəcəksiniz.
O cümlədən liderlik – liderlik modeli və liderlik tərzi; təsiretmə strategiyası; rəhbərlik; idarəetmə modelləri; xərclərin azaldılması və səmərəliliyin artırılması; köklü dəyişiklik; dəyişikliyə uyğunlaşma; dəyişikliklərin idarə edilməsi; vaxtdan səmərəli istifadə və vaxtın idarə edilməsi; fərdi və komanda səviyyəsində uğurlu iş münasibətləri; stresə müqavimət və dayanıqlılıq və s. haqda pulsuz elektron vəsaitləri portalımızda onlayn oxuya bilərsiniz.