Mövzu
Bu kitab “İdarəetmə kitabları” seriyasının ən populyar vəsaitlərindən biridir. Kitabın yeni versiyasını yazarkən müəllif Marqaret Çepmen belə deyir: “Bu kitabın ilk versiyasını 2001-ci ildə yazmışdım. Ötən 10 il ərzində iş mühiti gərginləşmiş, stresə məruz qalanların sayı artmışdır; Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, depressiya qərb dünyasında səhiyyənin başlıca probleminə çevrilmişdir; bu da, öz növbəsində, cəmiyyətdə iqtisadi yükü artırır. 2001-ci ildə özünüdərk və şəxslərarası şüurluluq qabiliyyətimizin, emosional və sosial zəkamızın inkilafı məsələsi kritik bir səviyyədə idi, indi isə, sadəcə, bir zərurətdir”.
Oxuculardan birinin kitab haqqında fikirləri belədir: “Yumoristik illüstrasiyaları ilə gözümüzə asan görünən bu kiçikhəcmli kitab bizə özümüz və emosiyalarımızın həyatımızda oynadığı rolu haqqında çox şey öyrədir. Aydın və konkret fəsillərə bölünür: əvvəlcə emosional zəkanın nə demək olduğunu öyrənir, sonra öz emosional zəkamızı necə inkişaf etdirəcəyimiz və buna necə nail olacağımızla bağlı məsləhətlər və faydalı təlimatlarla tanış oluruq. Bu kitabdan kimlər fayda əldə edə bilər? Əslində, sual “Kimlər fayda edə bilməz?” şəklində qoyulsa, cavab daha qısa olar, çünki idarəçilərdən başlamış komanda liderlərinə və komanda üzvlərinə qədər hər kəs bu kitabı oxuyaraq çox şey əldə edə bilər. Kitabda təqdim edilən ssenarilərin əksəriyyətini hətta işdən kənardakı həyatımızda da tətbiq edə bilərik, çünki mövzu, ümumilikdə, şəxsiyyətimizin inkişaf etdirilməsi ilə bağlıdır. “Emosional zəka” adlı bu kiçikhəcmli kitab çox da dərinliyə getmədən sizə “neqativ”ləri “pozitiv”lərə çevirməyin və həm özünüzdən, həm də ətrafınızdakılardan maksimum dərəcədə faydalanmağın yollarını öyrədir. Bu yolla, özünüzün də, ətrafınızdakıların da özünəhörmət və özünəinamını artıra bilərsiniz”.
Təfərrüatlar
Müəllif
Nəşr tarixi
2011
Səhifə sayı
112
Kateqoriya
Tərcüməçi
Emil Gəncəliyev
Redaktor
Tariyel Kərimov
Dizayner
Könül Nəsibova, Günel Nəzərova