Mövzu
“Təlimin qiymətləndirilməsi” kitabının ikinci nəşri təlim kurslarının nəticələrinin necə ölçüləcəyini qısa, aydın və bir sıra məlumatlandırıcı nümunələrlə izah edir. Təlim fəaliyyətinin qiymətləndirilməsi prosesinin “sirrini açmaq” üçün 9 mümkün nəticənin ölçülməsi irəli sürülür: təlimə reaksiya, təlimin təşkilindən məmnunluq, biliklərin əldə edilməsi, bacarıqların təkmilləşdirilməsi, münasibət dəyişikliyi, davranış dəyişikliyi, təşkilati nəticələr, investisiyanın rentabelliyi və psixoloji kapital. Kitabın müəllifləri Pol Donovan və Con Taunsenddir: onlar “İdarəetmə kitabları” seriyasından daha üç vəsaitin – “Fasilitatorlar”, “Təlim ehtiyaclarının təhlili” və “Öyrənilənlərin ötürülməsi” kitablarının həmmüəllifləridir.
Təfərrüatlar
Müəllif
Nəşr tarixi
2013
Səhifə sayı
128
Kateqoriya
Tərcüməçi
Günay Rəhimova
Redaktor
Könül Nəsibova, Svetlana Quliyeva
Dizayner
Tariyel Kərimov