Mövzu
Strategiya – müəssisənin fəaliyyət göstərəcəyi bazarları, həmçinin onun öz rəqabət üstünlüyünü qazanmaq və qorumaq üçün tələb olunan səriştələri (və onları təkmilləşdirmək üçün gərəkli tədbirləri) müəyyən edir. “Strategiya” kitabı bu mövzunu aydın, konkret və yığcam şəkildə işıqlandırır: strategiyanın əsasları, strategiyanı formalaşdıran və hərəkətə keçirən amillər və başlıca addımlar, o cümlədən bu zaman tələb olunan strateji alətlər izah edilir. Bankirlər Kral İnstitutunun elmi işçisi və Strateji Planlaşdırma Cəmiyyətinin üzvü olan müəllif Nil-Rassel-Cons strateji planlaşdırma prosesi boyunca oxuculara istiqamət verərək mövzuya mərhələli şəkildə yanaşır: müəssisənin, onun rəqabət mühiti və bazarlardakı mövqeyinin ilkin təhlilindən başlayır, sonra isə müəssiənin təklifləri ilə bağlı ikinci dərəcəli təhlilə keçir. Növbəti mərhələdə planlaşdırmanı və nəhayət, sonda icra, yəni strateji planın həyata keçirilməsi mərhələsini izah edir. Kitabı oxuyanlar həm də strateqlərin istifadə etdiyi SWOT, PEST, ssenari, əsas səriştə, həlledici uğur amili və s. təhlil alətləri barədə də məlumat əldə edəcəklər. Nil Rassel-Cons çoxsaylı təhlil alətləri arasında daha vacib olanları dəqiq qrafik təsvirlərin köməyilə izah edir.
Təfərrüatlar
Müəllif
Nəşr tarixi
2005
Səhifə sayı
110
Kateqoriya
Tərcüməçi
Könül Nəsibova
Redaktor
Könül Nəsibova
Dizayner
Tariyel Kərimov