Enerji, sağlamlıq və rifah

Qiymətləndirin
5
Kitab haqqında
Şərhlər

Mövzu

Cillian Börnün “Enerji, sağlamlıq və rifah” kitabı bədəni formaya salmağın, daha sağlam beyin və vücudla işləməyin, o cümlədən motivasiya və entuziazmı artırmağın yolları üzrə praktiki məsləhətlərlə zəngin bir vəsaitdir. Səhiyyə və idman üzrə geniş təcrübəyə malik müəllif oxuculara enerji və rifah səviyyəsini müəyyənləşdirməyin metodlarını nümayiş etdirməklə başlayır. Qəbul etdiyimiz qidalar və işlədiyimiz mühit enerji səviyyələrini artıra biləcək əsas amillərdir. Müəllif qidanın beyini necə stimullaşdırdığını və stresi azaltdığını, bitkilərin, rəngin, səsin, işıqlandırmanın və digər amillərin enerji artıran iş mühitinin yaradılmasına necə töhfə verə biləcəyini təsvir edir. Fiziki aktivliyin də əhəmiyyəti böyükdür. Duruş/qamət, nəfəs alma, enerjini artıran fasilələr və masa arxasında edilən idman hərəkətləri də daxil olmaqla, bir sıra fiziki çalışmalara dair məsləhətlərlə tanış olacaqsınız. Kitabın sonunda iş-həyat balansı, həmçinin rifah və enerjinin artırılması üzrə iş planının tərtibinə dair bölmələr yer alır.

Təfərrüatlar

Müəllif
Nəşr tarixi
2014
Səhifə sayı
128
Kateqoriya
Tərcüməçi
Günay Rəhimova
Redaktor
Könül Nəsibova, Svetlana Quliyeva
Dizayner
Tariyel Kərimov
Site by One Studio