Mövzu
Piter İnqlişin “Çətin söhbətlərin idarə edilməsi” biznes və sosial psixologiya bilikləri ilə kombinə olunmuş sağlam real həyat təcrübəsinə əsaslanan məsləhətlərlə zəngindir. Bu məsləhətlər sizə çətin söhbətlər zamanı yarana biləcək xoşagəlməz hissləri başa düşməkdə və idarə etməkdə; konstruktiv nəticə əldə etmək şansını artırmaq üçün söhbətə hərtərəfli hazırlaşmaqda; qarşılaşa biləcəyiniz çətin söhbətlərin fərqli növlərini özünəinamla yönləndirməkdə kömək edəcək.
Kitab sizə çətin söhbətlə qarşılaşdıqda nəyə görə narahatlıq duya biləcəyinizi və bu hisslərə necə reaksiya verməli olduğunuzu anlamaqda yardım göstərəcək. Əsas ideya ondan ibarətdir ki, problemli dialoqlarda xoşagəlməz hisslər yaşamaq normaldır, lakin bu hisslər söhbəti aparmağınıza mane olmamalıdır.
Kitabın sonunda müəllif bütün tövsiyələrini ümumiləşdirərək 10 vacib məsləhət verir.
Təfərrüatlar
Müəllif
Nəşr tarixi
2009
Səhifə sayı
110
Kateqoriya
Tərcüməçi
Könül Nəsibova
Redaktor
Svetlana Quliyeva
Dizayner
Tariyel Kərimov