Mövzu
Yeni kitabı sizə təqdim edirik. Hansı kitab idi?.. Mmm… Ah, hə, “Yaddaş” kitabı! Yaddaş bizim varlığımız üçün təməl bir qabiliyyətdir. Bəs siz yaddaş barədə nə dərəcədə məlumatlısınız və yaddaşınızı gücləndirmək üçün nə edirsiniz? Axı iş dünyasında peşəkar inkişafınız və rifahınız bundan asılıdır. Kitabda izah edildiyi kimi, epizodik və semantik yaddaş iş dünyasında mühüm rol oynayır.
Kitabda yaddaşın strukturu: sensor yaddaş, qısamüddətli yaddaş və uzunmüddətli yaddaş araşdırılır. Zəif yaddaşın səbəbləri (yorğunluq, zehinin həddindən artıq yüklənməsi və zəif konsentrasiya) və onun gücləndirilməsinin əsas prinsipləri (diqqət, səy, motivasiya və məna) ətraflı şəkildə izah edilir.
Təfərrüatlar
Müəllif
Nəşr tarixi
2010
Səhifə sayı
127
Kateqoriya
Tərcüməçi
Günay Rəhimova
Redaktor
Könül Nəsibova, Svetlana Quliyeva
Dizayner
Tariyel Kərimov