İstedadlı kadrların idarə edilməsi

Qiymətləndirin
1
Kitab haqqında
Şərhlər

Mövzu

Müəssisənizi, biznesinizi inkişaf etdirə biləcək kadrları tapmaq, saxlamaq və onların potensialını maksimum dərəcədə üzə çıxarmaq – “İstedadlı kadrların idarə edilməsi” kitabının əsas mövzusudur. Kitabda istedadlı kadr potensialının idarə edilməsi üzrə mövcud strategiyanızı qiymətləndirmək və təkmilləşdirmə ehtiyaclarını müəyyən etmək üçün yoxlama siyahıları və özünüqiymətləndirmə alətləri təqdim olunur. İstedadların idarə edilməsi üzrə məşhur təcrübələrdən də nümunələr gətirilir. Kiminsə daha böyük vəzifədə uğurlu olacağını qətiyyətlə söyləyə bilərsinizmi? Bu zaman hansı qiymətləndirməyə əsaslanırsınız? Kitabda əsas performans sahələri üzrə potensial istedadı müəyyən etməyin yolları təsvir edilir. Bu, kitabda təqdim olunan bir neçə faydalı modeldən biridir. Uğurlu komandalar qurmaq üçün istedadlı kadrları bir araya gətirməyin yolları da bu kitabın araşdırdığı digər mövzulardan biridir. Belə bir komandanın qurulması ilə bağlı praktiki üsullar da aydın və yığcam şəkildə izah olunur. “İstedadlı kadrların idarə edilməsi” kitabı təlimçilər, insan resursları və işə qəbul üzrə mütəxəssislər, o cümlədən və istedadlı komanda üzvlərinin saxlanılması və peşəkar inkişafı üçün məsul olan birbaşa (xətti) rəhbərlər üçün nəzərdə tutulmuşdur.

Təfərrüatlar

Müəllif
Nəşr tarixi
2016
Səhifə sayı
112
Kateqoriya
Tərcüməçi
Günay Rəhimova
Redaktor
Könül Nəsibova, Svetlana Quliyeva
Dizayner
Tariyel Kərimov
Site by One Studio