Kitab haqqında
Şərhlər

Mövzu

Bu kitabı oxuyaraq satış yekunları üzrə növbəti toplantınızın effektivliyini maksimum dərəcədə artırmağa kömək edəcək əsas metodları öyrənəcəksiniz. “Uğurlu satış” kitabında müştəri qarşısında ilkin təəssüratı düzgün formalaşdırmağın, müştərinin ehtiyaclarını müəyyən etməyin, təklifi ən yaxşı formada təqdim etməyin və ən əsası, müştəri ilə görüşü uğurla bitirib satış müqaviləsini bağlamağın yolları izah edilir. Həmçinin, müştəri ilə görüşə necə hazırlaşmaq və görüşdən sonrakı addımlarla bağlı məsləhət və metodlar təqdim edilir. “The Journal of International Selling and Sales Management” (“Beynəlxalq satış və satışın idarə olunması” jurnalı) kitab haqqında bu sözləri yazmışdır: “Satış tərzini bu və ya digər müştərinin ehtiyaclarına uyğunlaşdırmağı öyrədən praktiki bir vəsaitdir. Satışla məşğul olan hər bir kəs bu kitabdan müntəzəm şəkildə istifadə edərsə, faydasını mütləq görəcək”.

Təfərrüatlar

Müəllif
Nəşr tarixi
1998
Səhifə sayı
110
Kateqoriya
Tərcüməçi
Günay Rəhimova
Redaktor
Könül Nəsibova, Günel Nəzərova
Dizayner
Tariyel Kərimov

Ən çox oxunan kitablar

Site by One Studio