Telefonla ünsiyyət bacarıqları

Qiymətləndirin
4
Kitab haqqında
Şərhlər

Mövzu

“Telefonla ünsiyyət bacarıqları” kitabı biznes effektivliyini artırmaq üçün telefondan düzgün istifadənin bütün aspektlərini əhatə edir. Kitabda effektiv ünsiyyət bacarıqlarının vacibliyi vurğulanır, o cümlədən etibarlı münasibət və qarşılqlı anlaşmaya nail olmağın, “sevimli, amma zərərli” vərdişləri tərgitməyin, zəngi idarə etməyin və müştəri məmnuniyyətini qorumağın və s. yolları göstərilir. Zəngləri qəbul etmək və zəng vurmaq prosesinin hər biri ayrıca fəsillərdə izah edilir. Bu fəsillərin birincisində zəng edən tərəfdə müsbət təəssürat yaratmağın 10 asan yolu, həmçinin mənfi təəssürat yaratmağın 10 asan yolu ilə tanış olacaq, digərində isə insanlarla necə əlaqə saxlamağı və sizə lazım olan məlumatları əldə etməyi, eləcə də telefonla necə şikayət etməyi və danışıqlar aparmağı öyrənəcəksiniz. Müəllif sonda telefon “superistifadəçi”si olmaq və “superistifadəçi andı”nı yerinə yetirmək qaydalarını ortaya qoyur: “Öhdəlik götürəcək və zəngdən fayda əldə edəcəyəm”; “Vaxtı öldürən amilləri tapıb aradan qaldıracağam”; “Superistifadəçi üsullarından hər zaman istifadə edəcəyəm”.

Təfərrüatlar

Müəllif
Nəşr tarixi
2007
Səhifə sayı
113
Kateqoriya
Tərcüməçi
Günay Rəhimova
Redaktor
Könül Nəsibova, Svetlana Quliyeva
Dizayner
Tariyel Kərimov
Site by One Studio