Kitab haqqında
Şərhlər

Mövzu

“Marketinq” kitabı sanballı, müfəssəl və – aydın, konkret, əsaslandırılmış izahat üsulundan istifadə edildiyinə görə – asan başa düşülən və mənimsənilən bir vəsaitdir. Ona görə sanballıdır ki, kitabı ərsəyə gətirənlər idarəetmə üzrə məsləhət sahəsində böyük təcrübə və hörmət sahibi olan şəxslərdir. Ona görə müfəssəldir ki, müəlliflər bu yığcam kitaba böyük həcmdə faktları sığdıra biliblər. Kitab üç hissədən ibarətdir. Birinci hissədə əsas anlayışlar və marketinqin mahiyyəti izah edilir. İkinci hissədə marketinq prosesi, daha dəqiq desək, onun “hərəkət istiqaməti” araşdırılır. Sonuncu hissədə isə nəzəriyyənin təcrübədə tətbiqi sınaqdan keçirilir. Kitab bazar araşdırması və marketinq strategiyasının hazırlanmasından başlayaraq satış kampaniyalarının planlaşdırılması və həyata keçirilməsinə qədər marketinqin bütün təməl prinsiplərini əhatə edir. Nəhayət, ona görə asan başa düşülür və mənimsənilir ki, lüzumsuz uzunçuluğa yer verilmədən yalnız əsas faktlara istinad edilir.

Təfərrüatlar

Müəllif
Nəşr tarixi
2014
Səhifə sayı
129
Kateqoriya
Tərcüməçi
Emil Gəncəliyev
Redaktor
Könül Nəsibova
Dizayner
Tariyel Kərimov

Oxşar kitablar

Site by One Studio