Mövzu
Tapşırıqların icrasında aktiv iştirak edən və yüksək motivasiyalı işçilər daha yaxşı performans göstərir, daha sadiq olur, rəhbərlərinə məhz onların planlaşdırdığı nəticələri qazandırırlar. Belə işçilərin həm də işdən məmnuniyyət səviyyəsi yüksək olur.
“Aktiv iştirakçılıq” kitabının müəllifi Duqlas Miller bu mövzuya bir neçə ilini həsr edərək “SPARC” (“Self-determination” – müstəqillik, “Purpose” – məqsəd, “Authenticity” – həqiqilik, “Reward” – mükafatlandırma, “Challenge” – sınaq) modelini işləyib hazırlamışdır. Model rəhbərlərə öz komandalarının potensialını üzə çıxarmaqda və onların performansını maksumum səviyyəyə çatdırmaqda kömək edir. İnsan resursları üzrə mütəxəssislər, kouçlar, mentorlar və təlimçilər bu modeli faydalı hesab edirlər.
“SPARC” modeli beş elementdən ibarətdir:
• Müstəqillik (işçiyə verilən sərbəstlik)
• Məqsəd (əldə ediləcək nəticənin aydınlığı)
• Həqiqilik (işçinin özünü olduğu kimi göstərə bilməsi)
• Mükafatlandırma (mənəvi, emosional və maddi mükafatlar)
• Sınaq (təkmilləşmə və inkişaf)
Modelin hər bir elementi üzrə onun tətbiq yollarını göstərən və kitabın praktiki yanaşmasını vurğulayan idarəetmə tədbirləri izah edilir.
Təfərrüatlar
Müəllif
Nəşr tarixi
2016
Səhifə sayı
112
Kateqoriya
Tərcüməçi
Könül Nəsibova
Redaktor
Günel Nəzərova
Dizayner
Tariyel Kərimov