Şəbəkələşmə – tanıdığımız insanların vasitəsilə onların müəyyən məqsəd üçün tanıdıqları insanlarla əlaqələr qurmağın mütəşəkkil bir yoludur.
Şəbəkələşmənin effektivliyi pozitiv şəxsi münasibətdən və uğurlu münasibətlərin sövdələşmək, təmənna güdmək üzərində deyil, paylaşmaq ruhu üzərində qurulduğunun dərk edilməsindən başlayır....
Komanda işinin effektivliyi komandanın bir və ya bir neçə üzvünün deyil, bütün üzvlərinin uğurlu nəticə əldə edə biləcək şəkildə birgə əməkdaşlığından asılıdır.
Komanda – bir-birini tamamlayan bacarıqlara sahib, ümumi məqsədə, performans hədəflərinə, yanaşmaya sadiq olan və bütün bunlara görə bir-biri qarşısında məsuliyyət...
Effektiv ünsiyyət – sadəcə yaxşı danışmaq və ya yaxşı dinləmək bacarığı deyil: mümkün qədər az sözlə kimə nəyi nə üçün və necə deyəcəyinizi yaxşı bilməlisiniz.
Yalnız fərdi səviyyədə deyl, həm təşkilati, həm də qrup və ya komanda səviyyəsində effektiv ünsiyyət qurmaq – məlumatları yaxşı dinləmək...
Portalımıza yüklənmiş yeni kitablarımızı oxuya bilərsiniz
Portalımızın fəaliyyəti haqqında son yeniliklər və yeni kitablarla bağlı xəbərlərimizi izləyin
İdarəetmə haqqında elektron kitablar “Pocketbook.az” portalında – müxtəlif mövzulardakı kitabları Azərbaycan dilində onlayn oxuyun. İdarəetmənin düzgün təşkili müəssisənin özəl və ya dövlət sektorunda fəaliyyət göstərməsindən asılı olmayaraq, istər komanda səviyyəsində, istərsə də ümumi təşkilati səviyyədə böyük rol oynayır. “Layihəni idarə etmək”, “vaxtı idarə etmək”, “büdcəni idarə etmək”, “dəyişiklikləri idarə etmək”, “komandanı idarə etmək”, “münasibətləri idarə etmək”, “insan resurslarını idarə etmək”, hətta “özünü idarə etmək”, yaxud “maliyyənin idarə edilməsi”, “ünsiyyətin idarə edilməsi” “münaqişələrin idarə edilməsi”, “qərarların qəbul edilməsi”, “inzibati idarəetmə”, “iş müsahibələrinə hazırlıq”, “performansın qiymətləndirilməsi”, “emosional zəka” və s. və i. – siyahını daha da uzatmaq olar. Hər bir sahədə uğur qazanmağın başlıca şərti idarəetmənin düzgün təşkili ilə bağlıdır.
Elə bir dövrdə yaşayırıq ki, iş dünyası ilə, bizneslə artıq uşaqdan böyüyə hər kəs maraqlanır, hər kəs nəsə öyrənmək, yaxud bilik və bacarıqlarını təkmilləşdirmək istəyir. İnkişaf etmək, rəqiblər arasında “üstünlüyü əldə etmək və əldən buraxmamaq”, öz sahəsinin “ən yaxşısı olmaq”, “ən böyük uğuru qazanmaq” dayanmadan və sürətlə inkişaf edən hazırki iş dünyasında əsas şüarlara çevrilib. Bu mövzularla bağlı virtual məkanda bir sıra kitab saytları, özünüinkişaf vəsaitləri, təlim və tədris materialları mövcuddur. “Pocketbook.az” portalında idarəetmə üzrə istənilən mövzu haqqında azərbaycanca ən yaxşı e-kitabları pulsuz əldə edə bilərsiniz.
Sadə və əyləncəli üslubda yazıldığı üçün asanlıqla mənimsəyəcəyiniz bu elektron kitablar indiyədək oxuduğunuz idarəetmə vəsaitlərindən xeyli fərqlənir:
Ən nəhayət, masanızda və ya çantanızda əlavə yer tutan ənənəvi “kağız kitab” əvəzinə, rəqəmsal cihazınız vasitəsilə internetdə oxuya biləcəyiniz internetdə oxuya biləcəyiniz elektron kitablar müasir biznes dünyasının sürətinə yetişməyə və tələbləri ilə ayaqlaşmağa çalışan, vaxtına və büdcəsinə qənaət etmək istəyən hər kəsə uyğundur.
İdarəetmə haqqında e-kitablarımız internetdə mütəmadi olaraq yenilənir və idarəetmə mütəxəssislərinin yazdıqları yeni elektron kitablar Azərbyacan dilinə tərcümə edilərək portalımıza yüklənir.
Yeni kitablar və başqa yeniliklər haqqında
mütəmadi məlumat almaq üçün abunə olun