Mövzu
“Təkmil kouçinq” kitabının əsas mövzusunu 5 mərhələdən ibarət “SPACE” modelinin öyrənilməsi təşkil edir. Model kouçların kouçinq prosesinə yanaşma tərzini təhlil etməyə və qiymətləndirməyə, o cümlədən bu proseslə bağlı fərqindəlik bacarığını artırmağa kömək edir.
Müəssisədə kouçinq mədəniyyəti formalaşdırmaq arzusunda olan insan resursları (İR) və təşkilati inkişaf (Tİ) üzrə peşəkarlar da bu kitabdakı məsləhət və alətlərdən çox faydalanacaqlar.
“SPACE” modelinin hər bir mərhələsi ayrıca fəsildə araşdırılır. Müəllif hər bir mərhələ üzrə nəzəri bilikləri təcrübədə tətbiq etmək üçün işlənib hazırlanmış müvafiq alətlərdən istifadə qaydalarını izah edir. Çalışmalar və qrafik təsvirlər sayəsində bu alətlərdən istifadə qaydalarını asanlıqla başa düşəcəksiniz.
“SPACE” modeli həm BK-da, həm də onun hüdudlarından kənarda mütəxəssislər tərəfindən sınaqdan keçirilib. Onların modeli öz təcrübələrində necə tətbiq etməsi ilə bağlı sonradan sorğu keçirilmiş və əldə edilən cavablardan modelin bu kitabdakı təsviri və tətbiq qaydalarının izahı üçün istifadə edilmişdir.
“Sorğunun nəticələri kouçinqin fərqli aspektləri barədə real təsəvvür formalaşdırır”, – işinə böyük həvəslə yanaşan müəllif Linn Vali bildirir.
Təfərrüatlar
Müəllif
Nəşr tarixi
2016
Səhifə sayı
111
Kateqoriya
Tərcüməçi
Günay Rəhimova
Redaktor
Könül Nəsibova, Günel Nəzərova
Dizayner
Tariyel Kərimov