İş yerində fərqindəlik

Qiymətləndirin
5
Kitab haqqında
Şərhlər

Mövzu

Fərqindəlik – diqqətimizi cəmləşdirmək, onu lazım olan hədəfə yönəltmək və beyin resurslarımızdan ağılla istifadə etmək qabiliyyətimizdir. Psixoloq Marqaret Klark Çepmenin “İş yerində fərqindəlik” kitabında irəli sürdüyü 8 mərhələdən ibarət fərqindəlik modeli insan resursları və təşkilati inkişaf üzrə təcrübə keçənlərin, kouç və komanda liderlərinin sınaqdan keçirə və öz müəssisələri daxilində fərqindəliyə əsaslanan müdaxilə tədbirlərinin işlənib-hazırlanmasında istifadə edə biləcəkləri bir üsuldur. İş yerində fərqindəlik mədəniyyətinin formalaşdırılmasının həm işçilər (işçi məmnuniyyətinin artması, stresin azalması, performansın artması), həm də bütövlükdə müəssisə üçün (absenteizmin azalması, məhsuldarlığın artması, xərclərin azalması) böyük faydaları var. Kitabda irəli sürülən səkkiz mərhələdən ibarət fərqindəlik modeli səkkizhəftəlik müddəti əhatə edir və hər bir mərhələnin öz çalışmaları var. Model zehnin necə çalışması ilə bağlı şüurluluğun artırılması ilə başlayır və fərqindəlik bacarıqlarının formalaşdırılması və düşüncə proseslərinin, xüsusilə də bu proseslərin stresi necə tətikləməsi ilə bağlı şüurluluğun itiləşdirilməsi ilə davam edir. Fərqindəlik bacarıqlarının gündəlik həyatda da tətbiq edilməsi modelin sonuncu mərhələlərini əhatə edir. Əksər çalışmalar hazırda iş yerlərində ehtiyac duyulan təcrübə üçün geniş imkanlar yaradır.

Təfərrüatlar

Müəllif
Nəşr tarixi
2015
Səhifə sayı
129
Kateqoriya
Tərcüməçi
Günay Rəhimova
Redaktor
Könül Nəsibova, Günel Nəzərova
Dizayner
Tariyel Kərimov

Ən çox oxunan kitablar

Site by One Studio