Maliyyə planlaşdırması nə deməkdir? Vəsaitlər müəssisə daxilində necə dövr edir? Özəl və dövlət sektorunda büdcəyə necə nəzarət etmək olar? Gəliri necə artırmalı? Pul vəsaitlərinin hərəkətini necə idarə etmək olar?
Maliyyə hesabatı, mənfəət və zərər hesabatı; balans hesabatı; maliyyə modelləşdirməsi, büdcənin düzgün tərtib edilməsi və idarə olunması, mənfəətliliyin təmin edilməsi; mənfəətliliyin ölçülməsi; aktivlərdən effektiv istifadə; aktivlərin dövriyyəsi; satışın rentabelliyi; kapital xərclərinin qiymətləndirilməsi; xərclər və gəlirlər; gəlir büdcələri və kapital büdcələri haqqında öyrənmək və ya bildiklərinizi təkmilləşdirmək üçün əlavə vəsaitlərəmi ehtiyacınız var? “Maliyyə” kateqoriyasındakı e-kitabları virtual məkanda azərbaycanca “online” oxuyun və məlumatlanın.
Həmçinin məhsulun maya dəyərinin hesablanması; pul vəsaitlərinin hərəkəti; pul vəsaitlərinin artırılması; mənfəətin nağd vəsaitlərlə müqayisə edilməsi; xalis mənfəət, xalis dəyər və xalis balans dəyəri; nominal dəyər; uzunmüddətli və qısamüddətli öhdəliklər; debitor və kreditor borcları; dövriyyə kapitalının idarə edilməsi və s. mövzularla bağlı bu və başqa suallara cavab tapmaq üçün biznes və maliyyə haqqında pulsuz təlim-tədris vəsaitlərini elektron kitabxanamızda tapa bilərsiniz.