Kitab haqqında
Şərhlər

Mövzu

Kitab praktiki yanaşmanı əsas götürərək, demək olar ki, hər bir səhifədə illüstrasiya və qrafik təsvirlərin vasitəsilə liderliyin prinsiplərini, liderin rolunu, effektiv liderlik üçün tələb olunan bacarıqları və hazırkı iş dünyasında liderlərin üzləşdiyi əsas problemləri izah edir. Kitabın sizə təqdim etdiyimiz ikinci nəşrində liderlər və sosial məsuliyyət haqqında yeni bir fəsil əlavə edilmişdir. “Müasir iş dünyasındakı liderlər hazırda cəmiyyəti formalaşdıran əsas qüvvələrdən xəbərdar olmalı, müəssisələrin bununla bağlı çətinliklərə necə lazımi reaksiya verəcəklərini və onları lazımi qaydada necə aradan qaldıracaqlarını bilməlidirlər”, – müəllif Fiona Elza Dent yazır. Müəllif Eşric Biznes Məktəbində müəllim heyətinin peşəkar inkişafı, həmçinin təsiretmə strategiya və bacarıqları üzrə proqramın direktorudur. Kitabın diqqətimizi yönəltdiyi başlıca məqam, müəllifin “bəlkə də, hər bir lider üçün ən zəruri bacarıq” adlandırdığı özünüdərk qabiliyyətidir – özünüzü tanımalı, liderliklə bağlı güclü və zəif tərəflərinizi başa düşməli və bir lider olaraq inkişafı davam etdirməli olduğunuz anlarda bu zərurəti dərk etməlisiniz.

Təfərrüatlar

Müəllif
Nəşr tarixi
2012
Səhifə sayı
112
Kateqoriya
Tərcüməçi
Günay Rəhimova
Redaktor
Könül Nəsibova, Günel Nəzərova
Dizayner
Tariyel Kərimov
Site by One Studio