Mövzu
Bu və ya digər işi həvalə etməyi və ya effektiv şəkildə həvalə etməyi bacarmamaq – həm sizə, həm həmkarlarınıza və nəhayət, rəhbərinizə baha başa gəlir. Bu zaman iş ovqatı və məhsuldarlıqla bağlı problemlər yaranır. Bu sizi “ağlatmağa” kifayət edən bir vəziyyətdir – əgər siz Con Uornerin kitabda da təsvir etdiyi kimi, həvaləetmə prosesinin mərkəzində dayanan “həvaləetmə soğanı” yanaşmasını tətbiq etməyi bacarmırsınızsa...
İş yükünüzü soğanın layları kimi təsəvvür etməyə çalışın. Eynilə soğanda olduğu kimi, burada da ən vacib hissə özək hissədir ki, onu özünüzə saxlamalı və şəxsən idarə etməlisiniz. Daha üst, nisbətən az nəzarət tələb edən “laylar”a doğru irəlilədikcə isə işləri başqalarına həvalə edə bilərsiniz. İşləri effektiv şəkildə həvalə edə bilmək üçün, hər şeydən əvvəl, həvaləetmə prosesinə öz şəxsi münasibətinizi başa düşməlisiniz (burada sizə kitabda verilmiş anket kömək edəcək): hansı işi və ya tapşırığı başqasına həvalə edə bilərsiniz və nə üçün həvalə etməlisiniz (yanlış səbəblərdən yayının!), kimə həvalə etməlisiniz, bunun üçün düzgün şəkildə necə hazırlaşa bilərsiniz və hansı təlimatlandırma tərzini tətbiq etməlisiniz – idarəedici, ehtiyatkar, iştirakçılıq, yoxsa əməkdaşlıq tərzi. Müəllif Con Uorner tövsiyə edir ki, sonuncu, yəni əməkdaşlıq tərzini tətbiq edəsiniz və buna kitabda təsvir edilmiş prinsiplərdən istifadə edərək nail ola bilərsiniz.
Kitabda həmçinin həvaləetmə zamanı məqsədlərin müəyyən edilməsi, riski minimuma endirmək məqsədilə nəzarət mexanizmlərinin tətbiq edilməsi, prosesin idarə edilməsi, cavabdehliyin və hesabatlılığın dəstəklənməsi ilə bağlı məsləhətlərə də yer verilir. Eyni zamanda, başqalarının həvaləetmə prosesinə töhfəsi və onların təcrübəsindən dərs çıxarmağın əhəmiyyəti də vurğulanır.
Təfərrüatlar
Müəllif
Nəşr tarixi
2008
Səhifə sayı
112
Kateqoriya
Tərcüməçi
Günay Rəhimova
Redaktor
Könül Nəsibova, Günel Nəzərova
Dizayner
Tariyel Kərimov