Biznesin planlaşdırılması

Qiymətləndirin
4
Kitab haqqında
Şərhlər

Mövzu

“Biznesin planlaşdırılması” kitabı mövzu üzrə məsələləri həll etməyin yollarını, o cümlədən biznes-planı necə yazmaq, hansı sualları cavablandırmaq, nə dərəcədə təfərrüatlara varmaq və nə qədər vaxt ayırmaq lazım olduğunu izah edir. Kitabın “Planlaşdırma nəzəriyyəsi” fəslində müəllif planlaşdırmanın 8 fərqli üsulunu müəyyənləşdirir, ardınca gələn “Planlaşdırma prosesi” fəslində isə bu prosesin 7 mərhələdən ibarət olduğunu təsvir edir. Xülasə isə kitabı belə bir cümlə ilə yekunlaşdırır: “Plan – nəyə necə, nə vaxt və hansı resurslarla nail olmaq istədiyinizi ifadə edən bir hesabatdır”. Nil Rassel-Cons bu kitabında mürəkkəb bir mövzunu sadə və aydın şəkildə izah edir. Gəncləri biznesə həvəsləndirən "Prince’s Youth Business Trust" xeyriyyə təşkilatında strategiya və marketinq üzrə xüsusi məsləhətçi olaraq çalışan, beynəlxalq spikerlik etməklə yanaşı, radio və televiziya proqramlarında tez-tez çıxışlar edən Nil Rassel-Cons “İdarəetmə kitabları” seriyasından həm də “Qərarların qəbul edilməsi”, “Strategiya”, “Dəyişikliyin idarə edilməsi” və “Marketinq” kitablarının müəllifidir.

Təfərrüatlar

Müəllif
Nəşr tarixi
2014
Səhifə sayı
128
Kateqoriya
Tərcüməçi
Könül Nəsibova
Redaktor
Günel Nəzərova
Dizayner
Tariyel Kərimov

Ən çox oxunan kitablar

Site by One Studio