Şifahi nitq bacarıqları

Qiymətləndirin
4
Kitab haqqında
Şərhlər

Mövzu

“Şifahi nitq bacarıqları” kitabı müxtəlif şifahi ünsiyyət vəziyyətlərində özünəinamlı, təsirli və canlı səsə nail olmağın yollarını izah edir. Oxucular öz danışıq səslərini təhlil edərək hansı cəhətləri təkmilləşdirmək lazım olduğunu müəyyənləşdirəcəklər. Məsləhət və məlumatlar təkcə ictimai tədbirlərdə çıxış etmək üçün nəzərdə tutulmayıb, həm də müsahibələr, görüşlər və telefon danışıqları kimi bir sıra başqa situasiyalar üçün də keçərlidir. Kitab həm də ümumi ünsiyyət və/və ya təqdimat bacarıqları üzrə kurs keçənlər və təlimçilər üçün nəzərdə tutulub. Bu vəsaitdə nəfəsin idarə edilməsi, vurğudan istifadə, nitqin sürəti, səsə qulluq və onun qorunması, saitlərin formalaşması, səlislik, pauza, aydınlıq, dialekt, intonasiya, səsin sərbəst buraxılması və s. kimi bir sıra başqa mövzular yer alır. Müəllif Riçard Peyn səsin idarə edilməsi üzrə kouç və təlimçidir. “Səsindən səmərəli istifadənin yolları barədə sağlam məsləhət istəyən hər kəs üçün əla vəsaitdir”. – Amazon” rəyçilərindən biri yazır. – “Kitab nəzəriyyə ilə göz boyamır, çox dəyərli praktiki tövsiyələr irəli sürür.

Təfərrüatlar

Müəllif
Nəşr tarixi
2004
Səhifə sayı
109
Kateqoriya
Tərcüməçi
Günay Rəhimova
Redaktor
Könül Nəsibova, Svetlana Quliyeva
Dizayner
Tariyel Kərimov

Ən çox oxunan kitablar

Site by One Studio