Kitab haqqında
Şərhlər

Mövzu

Bədən dili çox güclü bir ünsiyyət alətidir. Üzümüzdə yaranan ifadələr, yəni mimikamız, duruşumuz, oturuşumuz, əl-qol hərəkətlərimiz, jestlərimiz dilimizin sintaksisini təşkil edir. Bədən dili deyilən sözlərə aydınlıq və dəqiqlik gətirir. Bədən dilini yaxşı bilmək təkcə həmsöhbətinizin dediklərini, düşündüklərini və hiss etdiklərini düzgün başa düşməyə kömək etmir, eyni zamanda sizi daha effektiv və qərarlı bir ünsiyyət peşəkarına çevirir. Maks A. Eggertin “Bədən dili” kitabını oxuyaraq effektiv münasibətlər qurmaq, insanların motivasiyasını yüksəltmək və onları inandırmaq, o cümlədən şəxslərarası ünsiyyət bacarıqlarınızı təkmilləşdirmək üçün qeyri-verbal ünsiyyət metodlarından istifadə qaydalarını öyrənə biləcəksiniz. Kitaba əlavə edilmiş illüstrasiyalar və əyləncəli viktorina bölməsi isə öyrəndiklərinizi ümumiləşdirməyə kömək edəcək.

Təfərrüatlar

Müəllif
Nəşr tarixi
2015
Səhifə sayı
128
Kateqoriya
Tərcüməçi
Günay Rəhimova
Redaktor
Könül Nəsibova, Günel Nəzərova
Dizayner
Tariyel Kərimov
Site by One Studio