Mövzu
Patrik Forsaytın “Toplantılar” kitabı uğurlu toplantı keçirməyin sirlərini öyrətməklə yanaşı, həm də toplantının uğuruna əngəl törədən amilləri də nəzərinizə çatdırır.
Yenilənmiş və artq 3-cü dəfə nəşr edilmiş bu kitabda toplantıların bütün mərhələləri ətraflı təsvir edilir: ilkin hazırlıq, məqsədlərin müəyyən edilməsi, sədrlik, müzakirələrin idarə edilməsi, effektiv iştirakçılığın təmin edilməsi, protokolların tərtibi və istifadəsi və s.
Oxuculardan biri belə bir tövsiyə verir: “Bu kitabı oxumamış nə bir toplantıda iştirak edin, nə də bir toplantı keçirin”. Başqa bir oxucu isə kitabla bağlı fikrini bu cür ifadə edir: “Toplantı keçirməyin qaydalarını sadə və aydın şəkildə izah edən bir vəsaitdir”.
Təfərrüatlar
Müəllif
Nəşr tarixi
2017
Səhifə sayı
115
Kateqoriya
Tərcüməçi
Günay Rəhimova
Redaktor
Könül Nəsibova, Günel Nəzərova
Dizayner
Tariyel Kərimov