Özünü necə inkişaf etdirməli? Müasir iş dünyasının tələblərinə necə cavab verməli? Özəl və dövlət sektorunda uğur qazanmağın yollarını necə öyrənməli? Məqsədyönlülük, özünəinam və qətiyyətin artırılması; pozitiv yanaşma və pozitiv düşüncə tərzi; emosional və sosial intellektin inkişaf etdirilməsi; özünüdərketmə, başqalarını tanıma və şəxslərarası münasibətlərin qurulması; şifahi və yazılı nitq bacarıqlarının təkmilləşdirilməsi; iş mühitində fiziki sağlamlıq, ruhi dinclik, enerji və entuziazmı qorumağın və artırmağın yolları; yeni ideya, fikir və dəyişikliklərə müqavimətin effektiv idarə edilməsi haqqında öyrənmək, bildiklərinizi genişləndirmək və ya təkmilləşdirmək istəyirsinizsə, “Özünüinkişaf” kateqoriyasındakı pulsuz e-kitablardan faydalanın.
O cümlədən öyrənmə – məsuliyyət və cavabdehliyi öyrənmə, beyin gücündən istifadə yollarını öyrənmə, məqsəd və hədəfləri necə müəyyən etməyi öyrənmə və s.; “SMART” yanaşması; yaddaşı və diqqəti gücləndirməyin, səyləri artırmağın yolları; çevik düşünmə qabiliyyəti; şəxsi potensialı üzə çıxarmağın üsulları; aktiv əlaqə və tanışlıqlar şəbəkəsinin qurulması, şəbəkələşmə; effektiv biznes münasibətlərinin qurulması – səmimiyyət, dürüstlük, qarşılıqlı anlaşma, hörmət və etimad; iş və şəxsi həyat balansı mövzuları ilə bağlı bir çox sualların cavablarını bu kateqoriyada tapa biləcəksiniz.
Həmçinin şəxsi və peşəkar həyatı zənginləşdirməyin yolları: şəxsi uğura necə nail olmalı; adaptasiya və uyğunlaşma qabiliyyəti; stresə müqavimət, gərgin şəraitdə təmkini və qətiyyəti qorumağın yolları; çətin situasiyalarda özünə hakim olmaq və dayanıqlılıq; özünüidarəetmə və özünənəzarət üzrə özünü təkmilləşdirmək istəyənlər ən yaxşı elektron vəsaitləri portalımızın məhz bu kateqoriyasında azərbaycanca onlayn oxuya bilərlər.