Kitab haqqında
Şərhlər

Mövzu

“Motivasiya” kitabı bir sıra müxtəlif motivasiya nəzəriyyələrini araşdırır, bu nəzəriyyələr üzrə əsas məqamları önə çıxarır, hər biri üçün idarəetmə üzrə məsləhət verir və ideyalar irəli sürür. Problemi müəyyənləşdirən göstəricilərdən effektiv istifadə bu və ya digər situasiyada ən optimal nəzəriyyəni seçməyə və tətbiq etməyə kömək edir. Məsələn, əgər insanlar çox şikayət edirlərsə, müəllif “ERG” nəzəriyyəsini (“existence” – mövcudluq, “relations” – əlaqə və münasibətlər, “growth” – inkişaf), əgər istiqamət və ya hədəfin müəyyənləşdirilməsi ilə bağlı problem varsa, “Məqsəd nəzəriyyəsi”ni təklif edir. Kitabda həmçinin fərqli xarakter və şəxsiyyət tipləri və onların motivasiyasını yüksəltmək üçün uyğun yanaşmaların tətbiqi üsulları da müzakirə olunur. Kitabın sonunda 9 əsas motivasiya qaydası, öz motivasiyanızı yüksək tutmağın 10 metodu və təqdir etmək üçün istifadə edə biləcəyiniz ifadələrin 100 müxtəlif variantı ilə tanış olacaqsınız. Əgər müəllifi bu kitabına görə həmin 100 ifadədən biri ilə təqdir etməli olsaq, “İdeal işdir, Maks!” – deyərdik.

Təfərrüatlar

Müəllif
Nəşr tarixi
2010
Səhifə sayı
104
Kateqoriya
Tərcüməçi
Günay Rəhimova
Redaktor
Könül Nəsibova, Günel Nəzərova
Dizayner
Tariyel Kərimov
Site by One Studio