Mövzu
“Danışıqların aparılması” Patrik Forsaytın “İdarəetmə kitabları” seriyasından ilk kitabıdır (müəllif bu seriya üçün başqa kitablar da yazmışdır). Danışıqların aparılması elə bacarıqdır ki, siz onu öyrənməli və təkmilləşdirməlisiniz. Patrik Forsaytın bu kitabı sizə danışıqları aparmağı həm öyrənməkdə, həm də təkmilləşdirməkdə kömək edəcək. Danışıqlar prosesini çox aydın və asan mənimsəniləcək şəkildə izah edən hərtərəfli bir vəsaitdir: danışıqlar prosesinin əsaslarını, bu prosesə hazırlaşmağın yollarını, əsas üsulları, prosesin idarə edilməsini və şəxslərarası davranışı əhatə edir. Kitab şərhçilərindən biri bu vəsait barədə belə demişdir: “Bu kitabı maşınınızda özünüzlə gəzdirməyi məsləhət görürəm: elə bir vəsaitdir ki, hər hansı toplantıya gedərkən elə parklama məntəqəsindəcə tezcə oxuyub sonra toplantıya girə bilərsiniz”.
Təfərrüatlar
Müəllif
Nəşr tarixi
2000
Səhifə sayı
114
Kateqoriya
Tərcüməçi
Günay Rəhimova
Redaktor
Könül Nəsibova, Günel Nəzərova
Dizayner
Tariyel Kərimov