Normal, ya da orta səviyyəli deyil, yalnız yüksək performans göstərmək istəyənlər bu kitabdan çox şey öyrənəcəklər.
Pem Consun “Performansın idarə edilməsi” kitabı müəssisənin öz işçi heyətindən ən yüksək nəticələri necə əldə etməsi və onlara öz potensiallarını gerçəkləşdirməkdə necə kömək etməsindən bəhs edən praktiki bir vəsaitdir. Bu baxımdan, işçilərin bu və ya digər layihə, yaxud tapşırığın icrasında iştirakçılığının təmin edilməsi mühüm əhəmiyyət kəsb edir, belə ki, iştirakçılıq insanlarda müəssisəyə, onun fəaliyyətinə və məqsədlərinə emosional bağlılıq yaradır.
“Performansın idarə edilməsi” kitabının bu nəşrində oxucular aşağıdakı sahələr üzrə performansın artırılması ilə bağlı bir çox praktiki məsləhət və metodlarla tanış olacaqlar:
Kitab illüstrasiyalı praktiki nümunələrlə zəngindir, hər bir fəslin sonunda ümumiləşdirici xülasə ilə yanaşı, konkret mövzu ilə bağlı atılacaq addımların siyahısı verilmişdir. Müəllif Pem Cons Eşric Biznes Məktəbinin nəzdində proqramların (layihələrin) idarə edilməsi üzrə komandanın üzvüdür. O, performansın idarə edilməsi, təsiretmə, liderlik və ümumi idarəetmə bacarıqlarını əhatə edən bir çox proqramlar üzrə cavabdehlik daşıyır.