“Çətin iştirakçıların idarə edilməsi” kitabı artıq portalımızda!

“İdarəetmə kitabları” seriyasından bir sıra vəsaitlərin müəllifi Con Taunsenddən daha bir kitab “Çətin iştirakçıların idarə edilməsi” kitabı oxuculara təqdim edildi.

“Təlimçilərin təlimçisi” adını qazanmış beynəlxalq səviyyəli mütəxəssis Con Taunsendin bu kitabı çətin insanlarla dil tapmağın o qədər fərqli yollarını təqdim edir ki, hər kəs onların arasından öz tərzinə uyğun olan yolu seçə bilər. Kitabda təlim kurslarında və toplantılarda qarşılaşdığımız “çətin” iştirakçıların 24 portreti ilə tanış olacaq, fərqli metod və taktikalardan yararlanaraq onları idarə etməyin sınaqdan keçmiş üsullarını öyrənəcəksiniz.

Məzəli personajlardan istifadə və təqdim olunan dörd praktiki nümunə isə yumoristik yanaşma yolu ilə işinizi daha da asanlaşdıracaq.

 

06.03.25 32
close

Son yeniliklər

Site by One Studio