“Virtual komandalar” kitabı artıq portalımızda!

“İdarəetmə kitabları” seriyasından bir sıra kitabların müəllifi, insan resursları üzrə mütəxəssis Yan Fleminqin “Virtual komandalar” kitabı oxuculara təqdim edildi.

Rəqabətə davamlı olmaq üçün şirkətlər ən yaxşı təcrübə və bacarığa malik işçilərdən ibarət komandaları, onların yerləşdikləri coğrafi məkandan asılı olmayaraq, bir araya gətirir, beləliklə də, istedad və səriştə inkişafını getdikcə növbəti səviyyəyə qaldırırlar. Bu addım virtual komanda konsepsiyasına gətirib çıxarıb ki, nəticədə, ortaq bir məqsədi paylaşan, lakin fiziki olaraq nadir hallarda görüşən, yaxud heç vaxt görüşməyən insanlar şəbəkəsi yaranıb. Fərqli saat qurşaqları üzrə və mədəni müxtəliflik fonunda çalışan, çox vaxt konkret bir layihə üçün formalaşan və beləliklə də, müvəqqəti xarakter daşıyan virtual komanda rəhbərin qarşısında müəyyən öhdəliklər yaradır. Yan Fleminqin “Virtual komandalar” kitabında  belə komandaya rəhbərlik etmək üçün lazım olan bacarıqlar, tələb olunan liderlik tərzi, komanda üzvlərinin seçilməsi, mədəni müxtəlifliklə bağlı yarana biləcək problemlər, qarşılıqlı etimadın inkişaf etdirilməsi, məhsuldar və vahid komandanın qurulması prosesi təsvir olunur. Kommunikasiya texnologiyasındakı son irəliləyişlər olmasaydı, virtual komanda şəklində işləmək səmərəsiz və ya hətta qeyri-mümkün olardı. “Virtual komandalar” kitabı mövcud variantları araşdırır, ən uyğun metodun seçilməsi və onun hərtərəfli tətbiqi ilə bağlı məsləhətlər verir.

18.03.25 59
close

Son yeniliklər

Site by One Studio