“Performans söhbətləri” kitabı artıq portalımızda!

İdarəetmənin, demək olar ki, bütün sahələri üzrə uzun illər məsləhətçi olaraq çalışmış mütəxəssis Frenk Skott-Lennon və komanda performansının idarə edilməsi üzrə geniş təcrübəyə malik Şineyd Skott-Lennonun “Performans söhbətləri”  kitabı oxuculara təqdim edildi.

İllik performans qiymətləndirmələri getdikcə öz əhəmiyyətini itirir və hazırkı araşdırmaların nəticələrinə əsasən, qeyri-effektiv nəticələrə malikdir. Performansı qiymətləndirməyin daha yaxşı yolu komanda üzvləri ilə müntəzəm şəkildə söhbətlər aparmaqdan ibarətdir. Bu söhbətlər zamanı əsas diqqət gələcək  planlara və məqsədlərə yönəlir, bu və ya digər məsələ, yaxud problemlə bağlı  rəy və fikirlər isə yerindəcə və vaxtında bildirildiyinə görə nəticəyə effektiv təsir göstərir.

“Performans söhbətləri” kitabında müəlliflər “C L E F T” mnemonik alətindən istifadə edərək  belə söhbətlər üçün əlverişli proses və quruluş təklif edir: söhbətlər (“Conversations”), liderlik (“Leadership”), gözləntilər (“Expectations”), gələcəyə yönəlmək (“Future focus”) və müntəzəmlik (“Timely”).

Bundan əlavə, kitabda rəhbərlərə (menecerlərə) lazım olacaq bacarıqlar və məqsədlərin müəyyən edilməsi üzrə əhatəli fəsillərə yer verilir. Hələ də illik qiymətləndirmə sisteminə bağlı qalmış müəssisələrə hər iki metodu necə inteqrə edəcəkləri ilə bağlı faydalı məsləhət və təkliflər irəli sürülür.

12.12.22 470
close

Son yeniliklər

Site by One Studio