“Bədən dili” kitabı təqdim olundu!

İdarəetmə psixologiyası üzrə mütəxəssis, iri beynəlxalq şirkətlərdə kouç, mentor və strateq kimi xidmətlər göstərmiş Maks Avqustin Eggertin “Bədən dili”  kitabı oxucuların ixtiyarına verildi.

Bədən dili çox güclü bir ünsiyyət alətidir. Üzümüzdə yaranan ifadələr, yəni mimikamız, duruşumuz, oturuşumuz, əl-qol hərəkətlərimiz, jestlərimiz dilimizin sintaksisini təşkil edir. Bədən dili deyilən sözlərə aydınlıq və dəqiqlik gətirir. Bədən dilini yaxşı bilmək təkcə həmsöhbətinizin dediklərini, düşündüklərini və hiss etdiklərini düzgün başa düşməyə kömək etmir, eyni zamanda  sizi daha effektiv və qərarlı bir ünsiyyət peşəkarına çevirir.

Maks A. Eggertin “Bədən dili” kitabını oxuyaraq effektiv münasibətlər qurmaq, insanların motivasiyasını yüksəltmək və onları inandırmaq, o cümlədən şəxslərarası ünsiyyət bacarıqlarınızı təkmilləşdirmək üçün qeyri-verbal ünsiyyət metodlarından istifadə qaydalarını öyrənə biləcəksiniz. Kitaba əlavə edilmiş illüstrasiyalar və əyləncəli viktorina bölməsi isə öyrəndiklərinizi ümumiləşdirməyə kömək edəcək.

14.11.22 809
close

Son yeniliklər

Site by One Studio