“Qətiyyətlilik” kitabı artıq portalımızda!

“İdarəetmə kitabları” seriyasından “Motivasiya”, “Bədən dili” və bir sıra bu kimi vəsaitlərin müəllifi, psixoloq Maks A.Eggertin “Qətiyyətlilik” kitabı bu bacarığı formalaşdırmağa çalışan hər kəs üçün faydalı olacaq.

 

Qətiyyətlilik – öz ehtiyaclarınızla başqalarının ehtiyacları arasında düzgün balansı qorumaq bacarığıdır. Qətiyyətli olmağı bacaranlar bu sayədə öz imkanlarını genişləndirə bilirlər. İdarəetmə psixologiyası üzrə mütəxəssis Maks Eggert “Qətiyyətlilik” kitabında qətiyyətsiz davranışla qətiyyətli, aqressiv və passiv davranışlar arasındakı fərqləri araşdırır. Kitab sizi öz məqsədlərinizdən uzaqlaşdıran inanclara qalib gəlməyi və tez-tez qarşılaşdığımız problemli situasiyaları idarə etməyi öyrədən faydalı məsləhətlərlə zəngindir. Qətiyyətlilik çalışmaları isə bu bacarığı formalaşdırmağa və inkişaf etdirməyə kömək edəcək.

04.04.24 1012
close

Son yeniliklər

Site by One Studio