“Əsas müştərilərlə iş” kitabı oxuculara təqdim edildi!

İcraçı direktorlara və rəhbər komandalara məsləhət xidməti göstərən, bestsellerlər müəllifi  Rocer E. Cons, həmçinin bir çox strateji satış və marketinq layihələrinə rəhbərlik etmiş Riçard C. İlslinin birgə müəllifliyi ilə ərsəyə gəlmiş “Əsas müştərilərlə iş”  kitabı oxucuların ixtiyarına verildi.


“Əsas müştərilərlə iş” kitabının yeni, 2-ci nəşrində vacib müştərilərinizlə əməkdaşlığın qorunub saxlanılması və daha da inkişaf etdirilməsi, bu yolla, cari gəlir axınlarının artırılması, satış xərclərinin azaldılması, investisiya üzrə planlaşdırmanın təkmilləşdirilməsi və bazar haqqında məlumatlılığın artırılması ilə bağlı praktiki məsləhətlərlə tanış ola bilərsiniz.

Kitabın başlanğıcında əsas müştərilərlə iş üzrə menecerin vəzifələri təsvir edilir, daha sonra “müştəri qavrayışı nərdivanı” adlanan pillələrlə yüksəlməyin, adi bir mal təchizatından əsas müştərinizlə uzunmüddətli və davamlı biznes tərəfdaşlığına keçməyin yolları izah edilir. Növbəti fəsillərdə isə müəllif “əsas müştərilərlə iş üzrə inkişaf planı”nı necə hazırlamağı, əsas müştərinizin müəssisəsində qərar qəbulu üzrə məsul şəxsə təsirinizi (münasibətlərin idarə edilməsi) necə artırmağı və yeni işləri necə qazanmağı başa salır.

Kitabın sonuncu fəslində əsas müştərilərlə işin idarə edilməsi prosesinin mərhələ-mərhələ üzərindən keçilir. Kitabda verilmiş qısa çalışmaları yerinə yetirsəniz,  öyrəndiklərinizin əsas hissəsini möhkəmləndirə bilərsiniz.

06.10.22 656
close

Son yeniliklər

Site by One Studio