“Öyrənilənlərin ötürülməsi” kitabı artıq portalımızda!

“İdarəetmə kitabları” seriyasından artıq yaxşı tanıdığımız beynəlxalq səviyyəli peşəklar təlimçilər Pol Donovan və Con Taunsendin həmmüəllifliyi ilə daha bir kitab – “Öyrənilənlərin ötürülməsi”  oxuculara təqdim edildi. 

 

Öyrənmənin ötürülməsi – öyrənmə situasiyalarında (təlim, seminar və s.) əldə edilmiş bilik, bacarıq və metodların iş yerində tətbiqi deməkdir. Təlim tədbirindən sonra öyrənilənlərin iş yerinə ötürülən həcmi həmin təlimin əsas uğur göstəricisidir. Axı nəticədə heç nə dəyişməzsə, təlim keçirməyin mənası olmaz. Lakin öyrənilənlərin ötürülməsi təkcə təlimin nə dərəcədə yaxşı olmasından asılı deyil. Bir sıra əsas amilləri nəzərə almaq vacib şərtdir. Müəlliflər Dr. Pol Donovan və Con Taunsend “Öyrənilənlərin ötürülməsi” kitabında yeni öyrənilənlərin performansı yaxşılaşdırmaq üçün ötürülməsini və tətbiqini müəyyən edən 17 amil irəli sürür. İR mütəxəssislərinin hərtərəfli araşdırmasından sonra bu amillər dəqiqləşdirildi və onların təlimə qoyulan investisiyalar üzrə rentabelliyə təsiri əsasında prioritetləşdirildi. Kitabda 17 amilin hər biri ayrılıqda və sıra ilə izah edilir, daha sonra oxucuya təlim prosesinin 5 mərhələsinə müvafiq olaraq 5 fəsildə qruplaşdırılmış fəaliyyətlər üzrə 70 məsləhət təqdim olunur. Müəlliflər Donovan və Taunsend “İdarəetmə kitabları” seriyasının müsbət rəy almış bir sıra digər nəşrlərində da əməkdaşlıq ediblər.

11.12.23 1519
close

Son yeniliklər

Site by One Studio