“Kouçinq” kitabı artıq portalımızda!

İnsan resurslarının inkişaf etdirilməsi, kouçinq və təlim üzrə mütəxəssislər Yan Fleminq və Alan C. D. Teylorun “Kouçinq”  kitabından həm komanda tərkibində çalışan, həm də komandaya rəhbərlik edən hər kəsə çox şey öyrənəcək.

Kouçinqdən istənilən sahədə performansı artırmaq üçün istifadə edilir. Kouçinqin səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, bu zaman işçilərin yerinə yetirdikləri tapşırıqlar və ya həyata keçirdikləri layihələr planlı və istiqamətləndirilmiş şəkildə öyrənmə və təkmilləşmə situasiyalarına çevrilir, yəni əməkdaşlar həm işləyir, həm də öyrənirlər.

“Kouçinq” kitabı kouçun funksiyalarını və kouçinqin təlimatlandırma, məsləhət, mentorluq kimi digər “kömək etmək bacarıqları”ndan fərqlərini izah edir. Kouçinq prosesi 4 əsas mərhələdən ibarətdir: hazırkı performans səviyyəsinin qiymətləndirilməsi; gözlənilən nəticələrin müəyyən edilməsi; metod və üsulların razılaşdırılması; son olaraq, rəylərin bildirilməsi.  Müəlliflər hər bir mərhələni ayrı-ayrılıqda izah etdikdən sonra tələb olunan bir sıra bacarıqlar haqqında ümumi məlumat verir. Bundan əlavə, kouçinq fürsətlərinin müəyyən edilməsinin yolları və potensial təhlükələr də izah edilir. Kitab praktiki nümunələr və yoxlama siyahıları ilə yekunlaşır.

Oxuculardan biri “Kouçinq” kitabı haqqında belə bir şərh verib: “Kitab əməkdaşların potensialına olan inamımı sözlərlə ifadə etdi və onu müvafiq praktiki fəaliyyətə çevirməyin yollarını mənə göstərdi”.

27.02.23 429
close

Son yeniliklər

Site by One Studio